İran televiziyası finlandiyalı qadın nazirin ayaqlarını senzura ya saldı
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Finlandiyanın xarici işlər naziri Elina Valtonen İran dövlət televiziyasının onun ayaqlarına bulanıq görüntü verməsinə münasibətini bildirib.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
Məlumata görə, Elina Valtonen bu addımı "gülünc və kədərli" adlandıraraq, bunun İranda qadınların statusunun göstəricisi olduğunu qeyd edib.
Valtonenin sözlərinə görə, o, izləyicilər üçün paltar dəyişmir, üzünün və saçının örtülməsini tələb edən tədbirlərə qatılmır. Nazir, həmçinin vurğulayıb ki, İslam Respublikası nümayəndələri ilə görüşlərdə qadınların hüquqları məsələsini qaldırır.
Onun təmsil etdiyi Milli Koalisiya Partiyası da baş vermiş hadisəni "qadınların hüquqlarının pozulmasının kədərli nümunəsi" adlandırıb və hər bir qadının görünmək, eşidilmək və azad yaşamaq hüququna malik olduğunu qeyd edib.
Bildirilib ki, İran KİV daha əvvəl də Böyük Britaniya və İsveçin qadın nazirlərinə qarşı oxşar taktikalardan istifadə edib.








