Icma.az
close
up
RU
“İRAN TÜRKİYƏ QƏDƏR BİZƏ YAXIN OLMALIDIR...” “Onun öldürülməsi gələcəkdə həqiqətin üzə çıxarılmasını çətinləşdirəcək”

“İRAN TÜRKİYƏ QƏDƏR BİZƏ YAXIN OLMALIDIR...” “Onun öldürülməsi gələcəkdə həqiqətin üzə çıxarılmasını çətinləşdirəcək”

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Ədalət, Hüquq və Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevlə müsahibəni təqdim edirik:

- Qüdrət bəy, Pezeşkianın Bakıya səfəri öncəsi İran Ədliyyə Orqanı açıqladı ki, Azərbaycan səfirliyinə hücum etmiş qatilin edam olunması üçün hazırlıq işləri başa çatıb. İndiyə kimi edamın həyata keçirilməməsi zərərçəkmiş tərəfin bunun üçün rəsmən müraciət etməməsi olub. Bu məsələni şərh etmənizi istərdik...

- Öncə onu söyləyim ki, əgər biz bir xalq və dövlət olaraq ölüm hökmündən imtina etmişiksə, başqa dövlətdən bunu tələb etmək elan etdiyimiz dəyərlərə sadiq olmamağımız kimi qiymətləndirilə bilər.

İkincisi, zərərçəkmiş şəxslər də bunda maraqlı olmamalıdırlar. Cinayət hadisəsinin necə baş verməsini əks etdirən video kadrlardan görsənir ki, polis cinayətin baş verməsinin qarşısını almır. Düşünmürəm ki, bu iş üzrə ədalətli və obyektiv araşdırma aparılıb. Ona görə onun öldürülməsi gələcəkdə həqiqətin üzə çıxarılmasını çətinləşdirəcək.

- Pezeşkianın səfərinin nəticələrini necə qiymətləndirmək olar?

- Səfərin nəticələrini yüksək qiymətləndirirəm. Pezeşkianın gəlişi belə böyük siyasi hadisədir. Bu səfər qardaşlıq əlaqələrinin genişlənməsinə böyük imkanlar açır. Gələcəkdə nə baş verəcəyini isə zaman göstərər. İran həm də bir türk dövlətidir, orada yaşayan əhalinin yarıya qədəri Azərbaycan türkləridir. Bizim ortaq tariximiz, dinimiz, mədəniyyətimiz, adət-ənənələrimiz var. İran Türkiyə və digər türk dövlətləri qədər bizə yaxın olmalıdır. Səfər öncəsi Pezeşkianın Az.TV-yə verdiyi açıqlamada işğalçı Ermənistanla bizə eyni yanaşma sərgiləməsi və türk dilində danışmaması məni xeyli üzdü. Çünki beynəlxalq təcrübədə səfər etdiyin ölkənin xalqının dilini bilirsənsə, xüsusilə, həmin xalqın nümayəndəsisənsə, öz dilində ona müraciət etmək xalqına və səfər etdiyin ölkəyə böyük ehtiram və hörmət əlaməti hesab olunur. Amma onu da nəzərə almalıyıq ki, o farsca danışmağa müəyyən mənada məcburdur. Yoxsa ciddi problemlərlə üzləşə bilər. Ola bilsin öncədən ona bu barədə xəbərdarlıq ediblər. Gördük ki, İranda Azərbaycan türkcəsində şeir dediyinə görə hansı təzyiqlərlə üzləşdi...

Əlaqələrimiz bütün istiqamətlərdə daha da dərinləşməlidir. İran üzərindən Naxçıvana maneəsiz (gömrük və sərhəd yoxlamalarından kənar) gediş-gəliş təmin edilsə, bu əlaqələrin inkişafına xüsusi töhfə verərdi. İran vətəndaşları üçün viza rejimi aradan qaldırılmalı, xüsusilə, Cənubi Azərbaycandan olan gənclərin, İranda mümkün olmadığı üçün, Azərbaycan Respublikasında öz ana dillərində güzəştli şərtlərlə təhsil almalarına imkan yaradılmalıdır. Bu məqsədlə tələbələrin sayı barədə kvota müəyyən olunmalı, büdcədən vəsait ayrılmalıdır.

(Xalqcebhesi.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 28 Aprel 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see262

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see217

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see205

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see192

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see192

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see175

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see163

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see160

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see160

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see154

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see152

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see152

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see148

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see147

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see145

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see145

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see144

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see142

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri