Icma.az
close
up
RU
İran Türkiyə üçün vacib bölgəyə zərbə endirə bilər Dəhşətli ssenari

İran Türkiyə üçün vacib bölgəyə zərbə endirə bilər Dəhşətli ssenari

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kipr lideri Nikos Xristodulidis İsrail və İran arasında gərginliyin ölkəsinə də təsir göstərə biləcəyini deyib. Onun sözlərinə görə, İran nüvə silahına sahib olacağı təqdirdə Kipr də təhlükə altında qalacaq.

Sitat: “Biz İsraildən cəmi 30 dəqiqəlik məsafədəyik. İsrail Kiprin bölgədəki ən yaxın müttəfiqidir”.

İran Kiprə hansı halda zərbə endirə bilər və bunun cavabı nə olar? İran–İsrail qarşıdurmasının ada dövlətinə hərbi və siyasi təsirləri ola bilərmi? Bu prosesdə Türkiyə necə mövqe sərgiləyər?

Globalinfo.az-a danışan politoloq Xəqani Cəfərli deyib ki, İranın nüvə silahına sahib olması bütün bölgə ölkələri kimi Kipr üçün də təhlükə doğuracağı şübhəsizdir:

“Xüsusilə Kiprin İsrailə yaxın coğrafiyada yerləşməsi İranın nüvə silahı ilə bağlı narahatlıqları artırır. İranın İsrailə nüvə silahı tətbiq etməsi Kipr üçün nüvə radiasiyası təhlükəsini yaradar. Digər tərəfdən, İranın ABŞ-ın bölgədəki maraqlarını hədəf alacağı ehtimalı da Kipri qorxudur. Əlbəttə, İran belə bir avantüraya əl atsa, onu çox sərt cəzalandıracaqlar. Ancaq bu, nüvə zərbəsinə məruz qalmış ölkə üçün təsəlli olmayacaq”.

Politoloq qeyd edib ki, belə bir ssenaridə Türkiyənin nə edəcəyini müəyyənləşdirmək çətindir:

Həmçinin oxuyun:

ABŞ qadağan olunmuş bombaları İsrailə göndərdi

“Çünki Türkiyənin İsrail və Kiprlə də münasibətləri gərgindir. Xristodulidisin açıqlaması heç şübhəsiz ki, İsraillə daha yaxın münasibətlər qurmağa hesablanıb.

Xəqani Cəfərli

Kiprdə yaxşı bilirlər ki, ABŞ Nümayəndələr Palatasının üzvləri, Demokrat konqresmen Coş Qotteymer və respublikaçı Maykl Loulerin təklif etdiyi “Bunker məhvedici” Qanun (Bunker Buster Act) layihəsi qəbul olunarsa, İsrail faktiki olaraq hərbi gücə çevriləcək. Qeyd edim ki, konqresmenlərin təklif etdiyi “Bunker Buster Act”ı  İsrailə Northrop B-2 Spirit bombardmançı təyyarələrinin və 14 min kiloqramlıq GBU-57 Massive Ordnance Penetrator aviabombalarının verilməsini nəzərdə tutur. Söhbət Vaşinqtonun müttəfiqlərinin heç birinə vermədiyi “gözəgörüməz təyyarələr”in İsrailə təzhizatından gedir”.

X.Cəfərli əlavə edib ki, bu gün İsrail ABŞ, Çin, Böyük Britaniya və Rusiya ilə yanaşı, dünyanın ən güclü aviasiyaya malik beş ölkəsinin içərisində dördüncüdür:

“İsrailə B-2 “gözəgörüməz təyyarələr”inin verilməsi onu ABŞ-dan sonra ən güclü aviasiyaya malik ikinci ölkəyə çevirəcək. Kipr də belə bir gücə malik dövlətlə müttəfiq olmağa can atır”.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Avqust 2025 06:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri