Icma.az
close
up
RU
İran üçün fəlakət ili: Böhranlar, müharibə və xaosa gətirib çıxara biləcək problemlər

İran üçün fəlakət ili: Böhranlar, müharibə və xaosa gətirib çıxara biləcək problemlər

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Başa çatmaqda olan ili İran tarixinin bütün sahələrdə - siyasi, hərbi, iqtisadi mənada fəlakət ili kimi xarakterizə etmək mümkündür. İnqilabdan sonrakı 50 il ərzində İran ilk dəfə hərbi fəlakət yaşadı - iyunun 12-də İsrailin hücumu ilə başlayan hərbi əməliyyatlar 24 iyunda atəşkəs razılaşması ilə bitdi. İranın şəhərləri bombalandı, yüksək rütbəli hərbçiləri evlərindəcə öldürüldü. Cavab tədbirləri də adekvat olmadı. Ardınca da, ABŞ-nin İranın nüvə obyektlərini bombalaması ölkənin nüfuzunun, nüvə silahı yaratmaq ambisiyalarının üstündən xətt çəkmiş oldu. İlin əvvəlindən etibarən siyasi böhranlar, toqquşmalar, yüksələn gərginlik, vəzifədən uzaqlaşdırılmalar, impiçmentlər və ictimai narazılıqlar artdı. İranın vitse-prezidenti, tanınmış islahatçı Məhəmməd Cavad Zərifinin istefası, iqtisadiyyat naziri Abdolnaser Hemmatinin impiçmenti, Tehran Ali Məhkəməsində iki yüksək rütbəli hakimin müəmmalı şəkildə qətlə yetirilməsi daxili böhranın nə qədər ciddi olduğunu göstərdi.

"Yeni Sabah" mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Siyasi mənzərəni formalaşdıran mühüm məqamlar

Bütün bunlar İranın gələcək siyasi mənzərəsini formalaşdıran mühüm məqamlardan sayıla bilər. Bu sıraya xalqın narazılığını da əlavə etmək lazımdır. Fevral ayında islam inqilabının ildönümündə Tehranda və digər iri şəhərlərdə keçirilən genişmiqyaslı etirazlar, hökumət qüvvələrinin bu aksiyalara qarşı sərt müdaxiləsi cəmiyyətdə gərginliyin pik həddə çatdığını göstərdi.

Əksəriyyət hesab edir ki, İran bu ilin qışına son onilliklərin ən dərin sosial-iqtisadi böhranı ilə qədəm qoyur. Bu, hətta İran Xarici Kəşfiyyat Xidmətinin hesabatında da öz əksini tapıb. Məlumata görə, İran eyni vaxtda fəlakətli su çatışmazlığı, iqtisadi durğunluq və böyük şəhərlərdə etiraz dalğası ilə üzləşib.

Xarici borc artır, banklar müflis olur

İranın xarici borcu bir il ərzində əhəmiyyətli dərəcədə artıb. İran Mərkəzi Bankının məlumatlarına görə, ölkənin ümumi xarici borcu 5,38 milyard ABŞ dollarına çatıb. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 17,6% çoxdur. Belə ki, 21 sentyabr 2024-cü il tarixinə olan xarici borc təxminən 4,58 milyard ABŞ dolları təşkil edirdi. Bundan əlavə, İranın ən böyük banklarından biri olan "Ayandeh Bank" özünü müflis elan edib, onun aktivləri dövlətin mülkiyyətinə keçib. Məlumata görə, 2012-ci ildə təsis edilən "Ayandah Bank"ın İran daxilində 260 filialı var idi və orada dörd min nəfər çalışırdı. Lakin son vaxtlar bank borc səbəbindən çətin vəziyyətə düşüb: itkilər təxminən 5,2 milyard ABŞ dollarına, borclar isə təxminən 2,9 milyard ABŞ dollarına çatıb. KİV yazır ki, "Ayandeh bank"dan əlavə, daha beş bank - "Sarmayeh", "Day", "Sepah", "Iran Zamin" və "Melal" da çətinliklərlə üzləşib.

ÜDM artımı cəmi 0,3% təşkil edib

Son illərin ən dərin sosial-iqtisadi böhranını yaşamasının səbəbi ilk növbədə beynəlxalq sanksiyalar səbəbindən neft ixracatının kəskin azalması və iqtisadiyyatın struktur problemləridir. 2025-ci ilin 10 ayı ərzində ÜDM artımı cəmi 0,3% təşkil edib. Bu, faktiki olaraq durğunluğu göstərən bir rəqəmdir. İlin nəticələrinə görə, 2024-cü illə müqayisədə İranın əmtəə və xidmət ixracatı 16%, idxalı isə 10% azalıb. Bu, ölkənin həyati əhəmiyyətli texnologiya və avadanlıqlara çıxışını məhdudlaşdırır və iqtisadiyyatın struktur problemlərini dərinləşdirir. İnflyasiya tempi 40%-i keçir ki, bu da ərzaq və enerji daşıyıcılarının qiymətlərinin sürətlə artmasına səbəb olur. Böyük şəhərlərdə yüksək tariflərə və işsizliyə qarşı yerli etirazlar qeydə alınır ki, bu da siyasi sabitlik üçün əlavə risklər yaradır. Ölkənin parlamenti pul islahatı haqqında qanunu qəbul edib: bir yeni rial 10 min köhnə riala bərabər olacaq.

Su problemi xaosa gətirib çıxara bilər

İranın ən ciddi problemlərdən biri də su qıtlığıdır. On illərin yanlış idarəçiliyi, uzunmüddətli quraqlıq ciddi fəsadlara səbəb olub. Su anbarları boşalmaq üzrədir, yağıntı rekord həddə aşağıdır. Hakimiyyət təxminən 10 milyon əhalisi olan paytaxt Tehranda suyu fasilə ilə verməyə başlayıb. Prezident Məsud Pezeşkian xəbərdarlıq edib ki, su böhranı Tehranın bəzi hissələrinin köçürülməsinə səbəb ola bilər. O, hətta paytaxtın köçürülməsi ehtimalından da danışıb. Kanadada yerləşən BMT Universitetinin Su, Ətraf Mühit və Sağlamlıq İnstitutunun direktoru Kaveh Madani hakimiyyətin xəbərdarlığının yetərli olmadığını deyir. "Onların xəbərdarlıq səviyyəsi yerdəki reallıqla müqayisədə çox aşağıdır", - əvvəllər İranın Ətraf Mühit Departamentinin rəis müavini vəzifəsində çalışmış Madani "Radio Fərda"ya bildirib. Onun sözlərinə görə, hökumət çox ehtiyatlı davranır, çünki ictimaiyyətdə stress yaratmaq istəmir. Vəziyyət elədir ki, su ilə bağlı istehlak təchizatı üstələyir, resurslar isə bərpa olunmayacaq dərəcədə tükənir. Ekspertlərə görə, bu vəziyyət daha çox hökumətin kənd təsərrüfatını və inkişafı təşviq etmək niyyəti güdən yanlış siyasətindən yaranır.

Madaninin sözlərinə görə, problemi daha da çətinləşdirən amil cəmiyyətin hakimiyyətə inamsızlığıdır. "Cəmiyyət durumun nə qədər qorxulu olduğunu tam dərk etmir, hökumət isə insanlardan su sərfiyyatını azaltmağı xahiş etməyə qorxur", - deyə o bildirib.

Məlumat üçün bildirək ki, İranda su qıtlığı son illər bir neçə dəfə etirazlara səbəb olub. 2021-ci ilin iyulunda Xuzistan vilayətindəki etirazlar qanlı repressiyalarla nəticələnib. Qısamüddətli həll yollarının olmasına baxmayaraq, ekspertlər fəlakəti önləmək üçün əsaslı islahatlar və ciddi siyasi qərarlar gərəkdiyini deyirlər.

İranda 2026-cı ildə də vəziyyətin bu il olduğu kimi, davam edəcəyi proqnoz edilir. Çıxış yolu da sanksiyaların aradan qaldırılması ola bilər ki, buna da ümid yoxdur.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:50
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 06 Dekabr 2025 20:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see263

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see230

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see197

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see189

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see182

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see174

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see159

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see129

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see127

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri