Icma.az
close
up
RU
Trampın beynəlxalq hüququn sütunlarının sarsıdılmasına gətirib çıxara biləcək fərmanı

Trampın beynəlxalq hüququn sütunlarının sarsıdılmasına gətirib çıxara biləcək fərmanı

Icma.az bildirir, Gununsesi portalına istinadən.

ABŞ Prezidenti Donald Trump beynəlxalq hüquq normalarına zidd olan fərman verib. Belə ki, o, İsrailin Baş Naziri Benyamin Netanyahu barəsində Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) həbs orderi verməsinə cavab olaraq, həmin məhkəmənin vəzifəli şəxslərinə qarşı sanksiyalar tətbiq edib. Fərmana əsasən, BCM əməkdaşlarının ABŞ vizası almasına qadağa qoyulacaq və onların ABŞ-dakı maliyyə əməliyyatları dondurulacaq.

Tramp bu qərarını BCM-in guya əsassız və qeyri-legitim şəkildə ABŞ-a və onun müttəfiqlərinə, o cümlədən İsrailə qarşı yönəlməsi ilə əsaslandırıb.

BCM heç bir hüquqi əsas olmadan ABŞ-ın və onun müttəfiqlərinin, o cümlədən İsrailin hərbi qulluqçularına qarşı yurisdiksiyasını genişləndirməyə çalışır. O, ilkin araşdırmalara başlamış və öz səlahiyyətlərindən sui-istifadə edərək İsrailin Baş Naziri Benyamin Netanyahu və keçmiş Müdafiə Naziri Yoav Qallant barəsində əsassız həbs orderləri vermişdir. Nə ABŞ, nə də İsrail Roma Statutunun iştirakçısı olmadığı üçün BCM-in onların barəsində heç bir hüquqi səlahiyyəti yoxdur.” – Tramp vurğulamışdır.

Beynəlxalq hüquq bu barədə nə deyir?

Birincisi, İsrailin yüksək vəzifəli şəxsləri barəsində verilmiş beynəlxalq həbs orderləri onların İsrail ərazisində törətdikləri əməllərlə bağlı deyil. Xatırlatmaq lazımdır ki, Qəzza İsrail ərazisi hesab edilmir və BMT Təhlükəsizlik Şurasının qərarına əsasən, 1948-ci ildən bəri Fələstin ərazisi kimi tanınır. Qəzza, BMT və beynəlxalq ictimaiyyətin bir hissəsi tərəfindən Fələstin dövləti kimi tanınan Fələstin Muxtariyyətinin tərkib hissəsidir.

2 yanvar 2015-ci ildə Fələstin Roma Statutuna qoşulmaq üçün müraciət edib və 7 yanvar 2015-ci ildə BMT Baş katibi bu müraciəti təsdiqləyib. Bunun nəticəsində, 60 gün sonra Fələstin rəsmi olaraq Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına daxil olub və öz ərazisində törədilməsi iddia olunan hərbi cinayətlər və bəşəriyyət əleyhinə cinayətlərin araşdırılmasını tələb etmək hüququ əldə edib.

Beləliklə, Qəzzada törədilmiş cinayətlərlə bağlı BCM-in araşdırma aparması və həbs orderləri verməsi üçün İsrailin Roma Statutunun iştirakçısı olub-olmamasının heç bir hüquqi əhəmiyyəti yoxdur. Başlıcası odur ki, cinayətlərin törədildiyi ərazinin aid olduğu dövlət – yəni Fələstin – Roma Statutunun iştirakçısıdır. Buna görə də, Beynəlxalq Cinayət Məhkəməsinin Fələstin ərazisində törədilmiş cinayətləri araşdırmaq və həbs orderləri vermək səlahiyyəti beynəlxalq hüquq baxımından legitim hesab olunur.

Vurğulayaq ki, dünyada 195 ölkədən 125-i (təxminən 64%-i) Roma Statutunun iştirakçısıdır və Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına daxildir.

Bu İsrailin hərəkətlərinə qarşı beynəlxalq məhkəmələrdə gedən araşdırmaların qarşısının alınmasına yönəlmiş zəncirvari proseslərin davamıdır. Bundan əvvəl:

1. Cənubi Afrika Respublikasının Beynəlxalq Ədalət Məhkəməsinə verdiyi şikayətə baxan Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM) sədri Navaf Salam İsraildən ifrat dərəcədə asılı olan qeyri-sabit Livanın baş naziri təyin olunaraq, məhkəmədəki vəzifəsindən istefa verib. Xatırladım ki, həmin şikayət hazırda Türkiyə Respublikası da daxil olmaqla 25-dən çox dövlət və bir-neçə beynəlxalq təşkilat tərəfindən dəstəklənir.

2. ABŞ Prezidenti Donald Trampın Cənubi Afrika Respublikasına (CAR) bütün maliyyə yardımını dayandırıb. Tramp bəyanatında CAR hökumətini torpaqların müsadirəsi və müəyyən qruplara qarşı pis rəftar etməkdə günahlandırıb. Onun sözlərinə görə, bu addımlar insan hüquqlarının pozulmasıdır. Tramp vurğulayıb ki, vəziyyət tam araşdırılana qədər maliyyə yardımını dayandıracaq.

Əminəm ki, sonuncu qərarın qəbul edilməsində İsrailə qarşı şikayətin adı çəkilməsə də, niyyət CAR-ın beynəlxalq fəallığını yatızdırmaqdır.

Fuad Ağayev

Gununsesi.info 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 10 Fevral 2025 00:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see186

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see154

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see144

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see141

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see132

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see132

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see128

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see128

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see127

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see124

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see124

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see123

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see122

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri