Tramp: Ukrayna ilə bağlı saziş bütün Avropaya təsir edə bilər
Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Ukrayna üzrə bütün Avropanı əhatə edə biləcək sazişi anons edib.
AZXEBER.COM xəbər verir ki, o bu barədə Ağ Evdə sənədlərin imzalanması mərasimində jurnalistlərə bildirib.
"Mən sizə deyirəm, saziş olacaq. Bu, böyük bir saziş olacaq və təkcə Ukraynaya təsir etməyəcək. Genişmiqyaslı olacaq. Mən hətta deyə bilərəm ki, bütün Avropaya təsir edə bilər. Bu, böyük, gözəl bir saziş olacaq və hamı heyran qalacaq", - o bildirib.
Bununla yanaşı, Amerika lideri Ukraynadakı müharibənin tezliklə başa çatacağını bəyan edib.
"Əgər Rusiya və Ukraynaya baxsanız, söhbət müharibədən gedir. Bu, müharibədir. Yeri gəlmişkən, biz kifayət qədər tezliklə onun başa çatmasına nail olacağıq", - o, Ağ Evdə jurnalistlərin mövzu ilə bağlı suallarını cavablandırıb.
Daha əvvəl "Rapporteur" nəşri yazıb ki, ABŞ və NATO cümə axşamı Ukrayna ilə ölkənin təhlükəsizlik zəmanətlərini müzakirə ediblər. Danışıqlara Böyük Britaniya, Fransa, Almaniya və Avropa Komissiyası da qatılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 06 Noyabr 2026 06:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















