İran Ukraynaya nota verib
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ukraynanın İrandakı müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb.
APA “Mehr” xəbər agentliyinə əsasən xəbər verir ki, buna səbəb İran-İsrail münaqişəsi fonunda “bəzi Ukrayna rəsmilərinin qəbuledilməz bəyanatları” göstərilir.
Ukrayna rəsmilərinin İsrailin İrana hücumlarını dəstəkləməsinin “BMT-nin nizamnamələrinə zidd olduğu” bildirilib.

