Icma.az
close
up
RU
İran İstanbulda Avropa üçlüyü ilə nüvə danışıqları aparacaq

İran İstanbulda Avropa üçlüyü ilə nüvə danışıqları aparacaq

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İran İstanbulda "Avropa üçlüyü" (A3) kimi tanınan - İngiltərə, Fransa və Almaniya xarici işlər nazirlərinin müavinləri səviyyəsində nüvə məsələsi ilə bağlı görüşəcəklər.

Bizimyol.info xəbər verir ki, Tehrandan yayımlanan “İrannuances” xəbər saytının məlumatına görə, A3 dövlətləri 2015-ci il nüvə sazişinin avropalı tərəfləri İranın nüvə proqramı və sanksiyaların ləğvi ilə bağlı məsləhətləşmələr aparmaq üçün mayın 16-da İstanbulda bir araya gələcəklər.

Bildirilib ki, görüşü nazir müavinləri və yüksək səviyyəli diplomatlar aparacaq.

İran və ABŞ arasında Omanın vasitəçiliyi ilə aparılan nüvə danışıqları prosesi davam edərkən, tərəflər danışıqların müsbət olduğunu açıqlayıb. Danışıqlarda İran ABŞ-ın birtərəfli sanksiyalarının ləğvi müqabilində nüvə proqramını məhdudlaşdırmağa hazır olduğunu bildirib. Avropa ölkələri danışıqlara daxil edilmir.

A3 və İran arasında mayın 2-də Romada görüşü planlaşdırılıb, lakin ABŞ və İran arasında danışıqlar təxirə salındıqdan sonra ləğv edilib.

İran Avropa ölkələrinin 2015-ci ildə imzalanmış nüvə sazişi ilə ləğv edilmiş Birləşmiş Millətlər Təşkilatının (BMT) sanksiyalarının bərpasına gətirib çıxara biləcək “tətik mexanizmi” adlanan mexanizmdən istifadə edəcəyindən narahatdır. Sözügedən mexanizm oktyabrın 18-də başa çatır. İranın nüvə proqramı ilə bağlı həll yolu tapılmasa, Avropa ölkələrinin bu tarixə qədər mexanizmi işə sala bilməsi nəzərdə tutulur.

İranın xarici işlər naziri Abbas Erakçi mayın 11-də Fransanın “Le Point” qəzetində dərc olunan məqaləsində “tətik mexanizmindən sui-istifadənin” nəticələrinin olacağını bildirib: “Bu, təkcə Avropanın sazişdəki rolunun sonu deyil, həm də geri dönməz ola biləcək gərginliyin artması demək ola bilər”, - deyə qeyd edib.

Erakçi Avropa ölkələrini İranla nüvə müzakirələri aparmağa çağırıb.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:267
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 May 2025 08:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri