Icma.az
close
up
RU
İran və Azərbaycan hərbi təlimləri başladı

İran və Azərbaycan hərbi təlimləri başladı

İran və Azərbaycan xüsusi qüvvələri İranın Ərdəbil vilayətində dörd gün davam edəcək birgə hərbi təlimə başlayıb.

Turkustan.az bu barədə "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, təlim İran İnqilab Keşikçiləri Quru Qoşunları və Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölmələrinin iştirakı ilə Aslantəpə rayonunda keçirilir.

Təlimin məqsədi iki ölkə arasında əlaqələri gücləndirmək, qanunsuz silahlı qruplaşmalarla mübarizə aparmaq, sərhəd təhlükəsizliyini artırmaq və hərbi bacarıqları inkişaf etdirmək kimi açıqlanıb. /bakupost.az/

seeBaxış sayı:15
embedMənbə:https://www.turkustan.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri