Icma.az
close
up
RU
İran və Rusiya media əməkdaşlığının inkişafı ilə bağlı danışıqlar aparıb

İran və Rusiya media əməkdaşlığının inkişafı ilə bağlı danışıqlar aparıb


Dünən İranın Moskvadakı səfiri Kazım Cəlali Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ilə görüşündə media sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Missiya.Az xəbər verir ki, bu barədə “Tasnim News” məlumat yayıb.

Görüşdə Zaxarova İran və Rusiya arasında media əməkdaşlığının və iki ölkə rəsmiləri ilə media nümayəndələrinin qarşılıqlı əlaqələrinin möhkəmləndirilməsi təklifini alqışlayıb. Rusiya XİN-nin sözçüsü bildirib ki, Tehran və Moskvanın azad media axınını dəstəkləmək üçün bir sıra görüşlər keçirilməlidir.

Qeyd edilib ki, tərəflər media əməkdaşlığının inkişaf etdirilməsi yolları, birgə tədbirlərin keçirilməsi, hərtərəfli əməkdaşlıq sənədinin imzalanması, eləcə də iki ölkədən olan jurnalistlərə viza verilməsi prosesinin asanlaşdırılması kimi məsələləri nəzərdən keçiriblər.

Zərintac Mayisqızı
Missiya.Az


seeBaxış sayı:50
embedMənbə:https://missiya.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri