Icma.az
close
up
RU
AzərbaycanCAR parlamentlərarası əməkdaşlığının inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb AZƏRTAC

AzərbaycanCAR parlamentlərarası əməkdaşlığının inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 29 noyabr, AZƏRTAC

Noyabrın 27-də Azərbaycanın Cənubi Afrika Respublikasındakı (CAR) səfirliyinin müvəqqəti işlər vəkili Hüseyn Rəhimli ölkənin qanunverici hakimiyyət paytaxtı hesab olunan Keyptaun şəhərinə səfəri çərçivəsində CAR-ın Milli Assambleyasının sədr müavini xanım Annelie Lotriet ilə görüşüb.

Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, görüşdə parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb, eləcə də qarşılıqlı maraq kəsb edən digər məsələlər müzakirə olunub.

A.Lotriet iki ölkənin qanunverici orqanları arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin xalqlarımız arasında mövcud dostluq münasibətlərinə müsbət töhfə verə biləcəyini xüsusi vurğulayıb. O, CAR-ın dost Azərbaycan ilə əlaqələrinin müxtəlif sahələrdə, o cümlədən parlamentlər səviyyəsində daha da inkişaf etdirilməsinə böyük əhəmiyyət verdiyini dilə gətirərək, ölkələrimiz arasında mövcud münasibətlərin qarşılıqlı hörmətə əsaslandığını söyləyib. Eyni zamanda, A.Lotriet ölkəmizdə uğurla keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində əldə olunan nəticələri qeyd edib.

Öz növbəsində H.Rəhimli Azərbaycanla CAR arasında parlamentlərarası dialoqun keyfiyyətcə yeni səviyyəyə qaldırılması üçün yaxşı imkanların olduğuna toxunaraq, əlaqələrin gələcək inkişafı üçün parlament rəhbərliyi səviyyəsində qarşılıqlı səfərlərin həyata keçirilməsinin zəruriliyini vurğulayıb. O, Milli Məclisdə Azərbaycan-CAR parlamentlərarası dostluq qrupunun fəaliyyət göstərdiyini həmsöhbətinin diqqətinə çatdıraraq, iki ölkənin parlamentləri arasında əlaqələrin inkişaf etdirilməsi üçün yeni seçilmiş CAR parlamentində də CAR-Azərbaycan dostluq qrupunun yaradılmasını təklif edib və bunun ikitərəfli əlaqələrinin möhkəmləndirilməsinə daha böyük töhfələr verə biləcəyini deyib.

O, ölkəmizdə aparılan demokratik, hüquqi, iqtisadi islahatlar sahəsində qazanılmış nailiyyətlərdən söz açaraq, 44 günlük müharibədə Azərbaycanın şanlı Qələbəsindən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətini təşkil edən işğaldan azad olunmuş ərazilərdə reallaşdırılan genişmiqyaslı bərpa-quruculuq işləri, habelə müasir sosial-mədəni infrastrukturun qurulması, eləcə də kommunikasiya və nəqliyyat xətlərinin bərpası haqqında məlumat verib. Minalanmış ərazilərin Azərbaycanın hazırda üzləşdiyi ən ciddi problemlərdən biri olduğunu dilə gətirən H.Rəhimli bunun bölgədə həm sülh prosesinə mane olduğunu, həm də mədəni irsə ciddi ziyan vurduğunu bildirib. O, Azərbaycanın faktiki olaraq mina terroruna məruz qaldığını, bununla əlaqədar hazırda respublikamızda mina terrorunun qurbanlarının artdığını diqqətə çatdırıb, eləcə də ölkəmizin üzləşdiyi mina təhlükəsi ilə bağlı ətraflı məlumat təqdim edib. Azərbaycanlı diplomat qeyd edib ki, mina problemi ümumi terrorla mübarizə sahəsinə aid olduğu üçün təkcə ölkəmizin problemi sayıla bilməz və bundan irəli gələrək sözügedən məsələdə beynəlxalq ictimaiyyətin səylərinə, o cümlədən parlamentlərarası əməkdaşlığın keyfiyyətcə yeni mərhələsi olan parlament diplomatiyası xətti ilə CAR-ın dəstəyinə ehtiyac duyulur.

A.Lotriet ərazilərin minalanmasının insanlara qarşı qəbuledilməz olduğunu bildirib. Eyni zamanda, o, söhbət zamanı müzakirə olunan bütün məsələləri parlamentin rəhbərinə məruzə edəcəyini və onunla məsləhətləşmə aparacağını deyib.

Görüş zamanı hər iki ölkənin BMT, Qoşulmama Hərəkatı və sair mühüm beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq etməsi dövlətlərimiz üçün mühüm əhəmiyyət kəsb edən beynəlxalq məsələlərdə mövqelərin qarşılıqlı dəstəklənməsinin bariz nümunəsi kimi vurğulanıb. Söhbətdə beynəlxalq məsələlər də diqqət mərkəzində olub, hər iki ölkənin üzləşdiyi problemlərin qarşılıqlı əməkdaşlıq müstəvisində həllinin əhəmiyyəti vurğulanıb.

Daha sonra CAR parlamentinin Afrika qitəsində ən böyük və zəngin kitabxanaya malik olduğu nəzərə alınaraq, Azərbaycan həqiqətləri, onun qədim tarixi və zəngin mədəniyyətindən bəhs edən kitablar və məlumatlar A.Lotrietə təqdim edilib.

H.Rəhimli CAR parlamentinin Beynəlxalq əlaqələr komitəsinin sədri Supra Mahumapelo ilə də görüşüb. Söhbət zamanı iki ölkənin dövlət başçılarının səyləri nəticəsində siyasi dialoqun yüksək səviyyədə olduğu qeyd edilib, hər iki ölkədə keçirilən parlament seçkilərindən sonra parlamentlərarası münasibətlərin də həmin səviyyədə inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb. Tərəflər çoxşaxəli əməkdaşlıq gündəliyinin inkişafında parlament diplomatiyasının, habelə parlament nümayəndələrinin qarşılıqlı səfərlərinin həyata keçirilməsinin, eləcə də sözügedən sahədə təcrübə mübadiləsinin əhəmiyyətli rol oynaya biləcəyini xüsusi qeyd ediblər.

S.Mahumapelonun sözlərinə görə, parlamentlərimiz arasında getdikcə daha da intensiv əlaqələrin qurulması xalqlarımızın münasibətlərinin hərtərəfli inkişafı üçün yaxşı zəmin yarada və beləliklə gələcəkdə öz bəhrəsini verə bilər. O, CAR-ın Milli Assambleyasının Azərbaycan parlamenti ilə əməkdaşlıq etməyə hazır olduğunu vurğulayaraq, yaxın gələcəkdə həm özünün, həm də parlament rəhbərliyi səviyyəsində nümayəndə heyətinin Azərbaycana səfər etməsini müsbət qiymətləndirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Noyabr 2024 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see293

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see165

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see164

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see145

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see143

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see140

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see137

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see136

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see135

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see131

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see131

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see128

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see128

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri