Icma.az
close
up
RU
İran və Rusiya Suriyada təsir sahələrini bərpa etməyə çalışır Tural Gəncəliyev

İran və Rusiya Suriyada təsir sahələrini bərpa etməyə çalışır Tural Gəncəliyev

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

İran Suriya ilə münasibətləri bərpa etməyə ümid edir və Moskva ilə Dəməşq arasındakı yaxın əlaqələri nəzərə alaraq Rusiyadan vasitəçilik gözləyir. İran münasibətlərin inkişafı üçün iki ssenari görür və ən real variant kimi gərginliyin azaldılması, dialoq və əməkdaşlıq üçün şəraitin yaradılmasını hesab edir.

Bu prosesdə İranın məqsədi daha çox regional təsirini artırmaqdır, yoxsa Qərb təzyiqlərinə qarşı yeni siyasi müttəfiqlik qurmaq?

Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirdi ki, Yaxın Şərq çox mürəkkəb bir geosiyasi təlatüm dövrünü keçir:

"Vaxtilə İrana və Rusiyaya yaxınlığı ilə seçilən Bəşər Əsəd rejimi hakimiyyətdən getdikdən sonra, həm Rusiya, həm də İran Suriyadakı itirilmiş mövqelərini bərpa etmək və Suriyada geosiyasi rıçaqları yenidən ələ keçirmək məqsədilə siyasətlərini planlaşdırır. Bu baxımdan, son dövrlərdəki prosesləri izləmək çox maraqlıdır. Hazırda Dəməşq-Moskva münasibətlərində müsbət dəyişikliklər görülür. Suriya Prezidentinin Moskvaya son səfəri və İranla münasibətlərin yenidən qurulması istiqamətindəki proseslər nəzərə alındıqda, İranın Suriyadakı itirilmiş mövqelərini bərpa etməsi məsələsi, Rusiya ilə birgə həyata keçirilən bir cəhd olaraq önə çıxır. Bu da Suriyada təsir və rıçaqlarını yenidən əldə etmək məqsədilə atılan addımlardır".

Millət vəkili əlavə etdi ki, Suriya hazırda Türkiyə ilə müttəfiqliyini və Qərb ilə, eləcə də Yaxın Şərqdəki digər region ölkələri ilə münasibətlərini yaxşılaşdırmağa çalışır:

"Bu, Suriya hakimiyyətinin daha geniş bir diplomatik siyasət yürütməsinin və həm regiondakı, həm də beynəlxalq aləmdə daha çox dəstək əldə etməsinin əlamətidir. Lakin bütün bunlarla yanaşı, İran və Rusiyanın Suriyada təsirini artırmağa çalışmaları hələ də böyük əhəmiyyət kəsb edir. Suriya prezidenti Moskva səfərində, xüsusilə Rusiya ilə Suriyanın "Hmeymim" və "Latakiya" bazalarında təmsil olunması, habelə Rusiya qüvvələrinin Suriyada əvvəlki gücü ilə fəaliyyət göstərməsi məsələlərini gündəmə gətirib. Bu da göstərir ki, Suriya hakimiyyəti hələ də Rusiya və İranla olan münasibətlərini normallaşdırmaq və möhkəmləndirmək istəyir. Yaxın Şərqdəki mürəkkəb geosiyasi mənzərə, xüsusən Suriya ətrafındakı münasibətlər, çox zaman zahirdən görülənlərlə bağlı olmur. Bir tərəfdən, Suriyanın Türkiyə ilə müttəfiqliyi və regiondakı digər ölkələrlə münasibətləri ön planda olsa da, digər tərəfdən Rusiya və İranla bağlı "görünməyən" məsələlər də mövcuddur".

Müsahibimizin fikrincə, Suriyanın mövcud hakimiyyəti son dərəcə zəifdir.

"2011-ci ildən bəri davam edən vətəndaş müharibəsi, həmçinin Yaxın Şərqdəki digər münaqişələr nəticəsində ölkə çox böyük zərbə alıb və zəifləyib. Bu səbəbdən, Suriya özünü qorumaq və regional təsirini saxlamaq üçün həm Rusiya, həm də İranla münasibətləri normallaşdırmağa çalışır. Buna görə də Suriya bütün böyük güclərlə, o cümlədən ətrafdakı dövlətlərlə konstruktiv və dayanıqlı münasibətlər qurmağa çalışacaq ki, bu çətin dönəmdə zərbə altında qalmasın", - deyə Tural Gəncəliyev vurğuladı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 Oktyabr 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see194

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see171

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see152

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see151

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see143

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see141

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see141

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see141

Zelenski yeni sülh planı vəd edir: Müharibə bu həftə dayanacaq? ŞƏRH

11 Dekabr 2025 17:36see138

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see137

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see135

İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi

11 Dekabr 2025 16:56see134

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see134

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see131

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see130

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see128

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see128

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see127

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see124

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri