Icma.az
close
up
RU
Tural Gəncəliyev: Ermənistanda revanşist qüvvələr seçkilər ərəfəsində sülh gündəmini pozmağa çalışır

Tural Gəncəliyev: Ermənistanda revanşist qüvvələr seçkilər ərəfəsində sülh gündəmini pozmağa çalışır

Operativ MM portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Milli Məclisin deputatı Tural Gəncəliyev Milli Məclisinin payız sessiyası üzrə növbəti plenar iclasında çıxış edərək Ermənistanda gələn il keçiriləcək seçkilər fonunda baş verən siyasi proseslərə və Avropa İttifaqı–Ermənistan münasibətlərinə toxunub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, deputat bildirib ki, seçkilər ərəfəsində Erməni Apostol Kilsəsi və radikal müxalifət qüvvələri faktiki olaraq eyni cəbhədə birləşərək revanşist ideyaları yenidən gündəmə gətirirlər:

“Seçicilərə real gələcək vədi verə bilməyən bu qüvvələr yenidən revanşizm və Azərbaycanla müharibəyə çağırışlar fonunda gündəmi məşğul etməyə çalışırlar. Bu isə region üçün ciddi narahatlıq doğurur”.

Tural Gəncəliyev qeyd edib ki, tarixən erməni cəmiyyətini ideoloji baxımdan zəhərləyən Erməni kilsəsi bu prosesdə yenidən fəallaşıb. Onun sözlərinə görə, Ermənistan diasporu və radikal xarici dairələr də bu proseslərdən istifadə etməyə çalışırlar.

Deputat Avropa İttifaqı ilə Ermənistan arasında 2 dekabr tarixində imzalanmış strateji gündəm sənədinə də toxunaraq bildirib ki, sənəddə Azərbaycanın maraqlarına zidd ifadələr yer alıb:

“Qarabağ erməniləri, didərgin düşmüş ermənilər və "Dağlıq Qarabağ" kimi anlayışların sənəddə yer alması revanşistlərə əlavə imkanlar yaradır və regionda formalaşdırdığımız sülh gündəminə mane olur”.

Azərbaycan–Avropa İttifaqı münasibətlərinə də diqqət çəkən Tural Gəncəliyev vurğulayıb ki, Azərbaycan Aİ-yə üzv olmadan belə qurumun üzvü olan ölkələrin təxminən üçdə biri ilə strateji əməkdaşlıq sənədləri imzalayıb:

“Bu gün Avropa İttifaqına üzv olan bir sıra ölkələr rəsmi Brüsseldən daha çox rəsmi Bakı ilə münasibətlərini möhkəmləndirməyə çalışır. Prezident İlham Əliyevin Slovakiyaya son səfəri bunun bariz nümunəsidir”.

Deputat bildirib ki, Azərbaycan 11 Avropa ölkəsinə neft və qaz ixrac edir, onların səkkizi Avropa İttifaqının üzvüdür. O, Vişeqrad qrupu və Şərqi Avropa ölkələri ilə münasibətlərin yüksək səviyyədə olduğunu, İtaliya ilə əlaqələrin isə xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Çıxışının sonunda Tural Gəncəliyev Avropa İttifaqının hazırkı siyasi isteblişmentini keçmişdə buraxılmış səhvləri təkrarlamamağa çağırıb:

“Avropalı həmkarlarımız sülh gündəminə mane olmaq əvəzinə ona töhfə verməlidirlər. Əks halda bu, nə Ermənistan-Azərbaycan sülh prosesinə kömək edir, nə də regionda sabitliyə xidmət edir”.

Deputat həm Ermənistanda revanşist qüvvələrin fəaliyyətinin diqqətlə izlənməsinin, həm də Avropa tərəfdaşlarının daha ehtiyatlı mövqe sərgiləməsinin vacibliyini vurğulayıb.

Afət ZİYADQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 16 Dekabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see506

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see222

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see209

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see208

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see197

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see184

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see179

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see175

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see175

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see156

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see155

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see152

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see150

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see144

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri