Icma.az
close
up
RU
“Erməni kilsəsi və bəzi xarici dairələr seçki ərəfəsində prosesi manipulyasiya etməyə çalışır” Tural Gəncəliyev

“Erməni kilsəsi və bəzi xarici dairələr seçki ərəfəsində prosesi manipulyasiya etməyə çalışır” Tural Gəncəliyev

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Tarix göstərir ki, erməni kilsəsi erməni cəmiyyətini ideoloji baxımdan zəhərləyən əsas mərkəzlərdən biri olub və bu təsir bu gün də artmaqdadır. Gələn seçkilər kontekstində seçicilərə real seçim imkanı verilmədən proseslər manipulyasiya edilir. Xüsusilə Avropa İttifaqı ilə Ermənistan arasında dekabrın 2-də imzalanmış strateji gündəm sənədi bəzi dairələr üçün yeni imkanlar açır”. SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Tural Gəncəliyev parlamentin plenar iclasında çıxışı zamanı səsləndirib.Deputat bildirib ki, Avropa İttifaqı–Ermənistan strateji gündəm sənədində Azərbaycanın maraqlarına zidd məqamlar mövcuddur və Qarabağ məsələsi yenidən siyasi alətə çevrilməyə çalışılır. Onun sözlərinə görə, bu yanaşma müəyyən qüvvələrə mövzunu süni şəkildə gündəmdə saxlamaq imkanı yaradır.Tural Gəncəliyev qeyd edib ki, Azərbaycan Avropa İttifaqının üzvü olmadan artıq üzv ölkələrin təxminən üçdə biri ilə strateji əməkdaşlıq sənədləri imzalayıb ki, bu da beynəlxalq münasibətlər baxımından unikal göstəricidir. O vurğulayıb ki, bəzi Avropa ölkələri rəsmi dialoqdan daha çox qeyri-rəsmi əlaqələrə üstünlük verir və Slovakiya buna nümunədir.Deputat əlavə edib ki, Azərbaycan 11 Avropa dövləti ilə sıx əməkdaşlıq edir, Şərqi Avropa ölkələri ilə münasibətlər isti xarakter daşıyır, İtaliya ilə tərəfdaşlıq isə xüsusi əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, keçmiş Avropa İttifaqı rəsmilərinin – Josep Borrel, Federika Mogerini və Avropa Xarici Fəaliyyət Xidmətinin nümayəndələrinin sülh prosesinə dəstək çağırışları Ermənistan–Azərbaycan münasibətlərinə müsbət təsir göstərir.Çıxışının sonunda Tural Gəncəliyev vurğulayıb ki, həm Ermənistandakı daxili proseslər diqqətlə izlənməli, həm də Avropa tərəfdaşlarının bu məsələdə daha məsuliyyətli və ehtiyatlı mövqe tutması təmin edilməlidir.

Müəllif: Günel Fərzəliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Dekabr 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see509

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see230

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see224

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see209

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see208

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see200

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see195

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see185

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see181

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see180

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see177

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see157

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see156

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see153

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see151

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see146

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see141

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see139

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri