Icma.az
close
up
RU
İran və Rusiyanın Turan qorxusu Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?

İran və Rusiyanın Turan qorxusu Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

Solçuların əhatə dairəsində olan “nakedcapitalism.com” saytı “Chaos in the Caucasus: Türkiye and Azerbaijan Make Their US-Israel-Backed Move Against Russia and Iran” (Qafqazda xaos: Türkiyə və Azərbaycan ABŞ-İsrailin dəstəyi ilə Rusiya və İrana qarşı hərəkətə keçib) adlı geniş təhlil materialı təqdim edib. Məqalənin müəllifi Conor Gallagher hesab edir ki, Türkiyə dəstəkli Azərbaycanın Rusiya və İrana qarşı çıxmasının arxasında ABŞ+İsrail ittifaqı dayanıb. Vaşinqton bu prosesin tam ortasındadır və Ermənistanın cənubundan keçən və geniş təsirlərə malik olacaq mübahisəli dəhlizin idarə olunmasında əsas rolda çıxış etmək üçün öz namizədliyin təklif edir.

Aydın görünən odur ki, Cənubi Qafqazda və onun hüdudlarından kənarda hansısa böyük sarsıntıya hazırlıq gedir. Azərbaycan-Ermənistan-Türkiyə arasındakı münasibətdə kənar aktorları birləşdirən Cənubi Qafqazda əsas logistik dəhlizə- Zəngəzur dəhlizinə nəzarət uğrunda mübarizə əzmidir.

Zəngəzur dəhlizi Azərbaycanı Türkiyə ilə həmsərhəd olan Naxçıvan anklavı ilə birləşdirəcək və Ermənistanın İranla sərhədinə paralel olaraq yer alacaq. Bu, Sakit okean və Atlantik okeanları arasında ən qısa quru nəqliyyat marşrutu kimi cəlbedicidir. Zəngəzur dəhlizi həm də Rusiyadan tamamilə yan keçən bir neçə marşrutdan biri kimi dəyərlidir. Bu dəhliz İranın şimal sərhədləri boyunca bir-birinə bağlı türk cəbhəsi yaradacaq ki, bu da İranı zəiflədəcək. Həm də “Turan dəhlizi” kimi təqdim olunan Zəngəzur dəhlizi iqtisadi və müdafiə baxımından rəsmi Tehranı narahat edən əsas məsələdir.
Naxçıvana göndərilən 350 milyon kubmetr qazın 15 faizini Azərbaycan tranzit haqqı kimi İrana ödəyirdi. Yeni dəhlizin açılması ilə İran bu qazancını itirə bilər.

1996-cı ildə Türkiyə ilə İran arasında qaz alqı-satqısı müqaviləsi imzalanıb. Həmin müqavilə əsasında Türkiyə illərdir İrandan qaz alır. Türkiyə min kubmetr qaza görə İrana 490 ABŞ dolları ödədiyi halda, eyni məbləği Azərbaycandan 335 dollara alır. (Arada 155 dollarlıq fərq var) Məsələn, 2024-cü ildə Türkiyə qaz idxalına görə İrana 3.3 milyard dollar ödəyib. Türkiyə bu qədər pulu İrana yox, Azərbaycan və Türkmənistana da verə bilər.

Bu dəhliz vasitəsilə Azərbaycandan Türkiyəyə qaz kəməri çəkilərsə, İranın qaz gəlirlərinin itkisi daha böyük olacaq.
Türkmənistandan İrandan keçməklə Türkiyəyə, oradan da Avropaya ötürülməsi planlaşdırılan qaz kəməri layihəsi maliyyə anlaşmazlıqlarına görə 2017-ci ildə dondurulub. Türkmənistan indi bu qazı Azərbaycan vasitəsilə Avropaya çatdıra bilər. İranın Ermənistana çəkdiyi boru kəmərinin əhəmiyyəti də ciddi şəkildə azalacaq.

Məqalədə deyilir ki, İranın keçmiş xarici işlər naziri Kamal Xarazi hazırda Tehrandakı Strateji Xarici Əlaqələr Şurasının direktorudur. O, Zəngəzur dəhlizinin tikintisini pisləyər və bu dəhlizi NATO-nun “Turan dəhlizi” kimi təqdim edir. Bildirir ki, İsrail və NATO İranın türklər yaşayan ərazilərində iğtişaşlar yaratmağı hədəf alıb. Adıçəkilən Şuraya görə, NATO-nun Turan dəhlizi NATO-nu birbaşa İranın şimal sərhədinə, Rusiyanın cənub sərhədinə və qərbi Çinə gətirməsinə və bu ölkələrin parçalanmasına zəmin yaradır.

Turanı yaradacaq Zəngəzur dəhlizi məsələsində Tehran ilə Moskva arasında fikir ayrılığı var. Təxminən bir il əvvələ qədər həm Ermənistan, həm də Azərbaycanla yaxşı münasibətdə olan və Rusiyanın xeyrinə olacaq bu nəqliyyat şəbəkələrinin açılmasında böyük rol oynayacağını düşünən Moskva Zəngəzur dəhlizindən yana idi. Çünki bu dəhlizə Rusiya nəzarət edəcəkdi.
İndi isə Azərbaycanla Ermənistan arasında münasibətlər xeyli dəyişib. Bu ölkələr ayrı-ayrılıqda Moskvaya qarşı çıxır. Bu da Rusiyanın Zəngəzur dəhlizi layihəsində iştirakını şübhə altına alır.

Hazırda ABŞ Zəngəzur dəhlizinin idarəçiliyini öz üzərinə götürməyə hazır görünür. Və bu, Vaşinqtonun iki tərəf arasında sülh yaratmaq üçün xeyirxah müdaxiləsi kimi təqdim olunur.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü Azərbaycana səfərindən qayıdarkən təyyarəsində jurnalistlərə açıqlamasında deyib ki, Ermənistan indi regional iqtisadi layihələrə, xüsusən də Zəngəzurda iştirak etməyə hazırdır.
Bakının son vaxtlar Moskva ilə gərginliyi artırması, çox güman ki, Ermənistanın Dağlıq Qarabağdan sonra etdikləri ilə eyni məqsədə xidmət edəcək. Yəni Rusiyanı Zəngəzur dəhlizi layihəsindən sıxışdırıb kənara atmaq məqsədi güdülür.
Hələ 2023-cü ildə prezident Co Baydenin Avropa və Asiya məsələləri üzrə köməkçisi James O’Brien vurğulamışdı ki, Cənubi Qafqazın təhlükəsizliyində əsas oyunçular kimi çıxış edən Rusiya və İranın səyləri ilə qurulan gələcək Azərbaycan və Ermənistan hökumətləri üçün qeyri-sabit və arzuolunmazdır. Ermənistan və Azərbaycanın indi fərqli qərar qəbul etmək imkanı var. Görünən odur ki, hər iki ölkə bu imkandan yararlanmaq istəyir. Tramp administrasiyası da bu xəttə dəstək verir.

Elbəyi Həsənli. Sürix

https://www.nakedcapitalism.com/2025/07/chaos-in-the-caucasus-turkiye-and-azerbaijan-make-their-us-israel-backed-move-against-russia-and-iran.html

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 08 İyul 2025 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see242

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see241

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see209

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see191

Sahibkar obyekti qanunsuz şəkildə genişləndirib dövlətdən gizlətməyə çalışdı; vətəndaşlar İFŞA ETDİ FOTO

24 Noyabr 2025 20:56see169

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see162

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see156

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see151

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see145

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see142

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see142

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see135

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see132

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see129

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see129

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see122

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see121

Bakıda SPE 2025 Xəzər Texniki Konfransı keçiriləcək

24 Noyabr 2025 21:12see119

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see119

ABŞ Maduronu terrorçu elan etdi

25 Noyabr 2025 03:32see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri