“Zəngəzur dəhlizi İran və Rusiya üçün geosiyasi təhlükədir”
Tribuna portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Ermənistanın hazırkı istiqaməti Avropaya inteqrasiya şüarları adı altında türkyönlü vektordur”.
Tribunainfo.az xəbər verir ki, bu fikirlər “Ribar” teleqram kanalında yayınlanmış yazıdandır.
Kanal iddia edir ki, Qarabağ məsələsinin həlli belə bir istiqamət üçün fürsət pəncərəsi yaradıb. “Sonrakı mərhələ Orta Dəhlizin mühüm hissəsinə çevriləcək, Ermənistanın Sünik bölgəsindən keçməklə Zəngəzur dəhlizinin reallaşdırılması və Ankaranın rəhbərlik etdiyi Türkiyə layihəsinin həyata keçirilməsidir”.
Kanal onu da iddia edib ki, Türkiyəyönlü Ermənistan Rusiya və İran üçün geosiyasi təhlükədir. “Əgər türklər Zəngəzur dəhlizi yaratsalar, iranlılar Ermənistanla şimal sərhədini itirəcəklər. Rusiya isə türk dövlətlərinin vahid cəbhəsi ilə üzləşəcək”.
Fərda Uğur
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 30 İyun 2025 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















