Icma.az
close
up
RU
Zəngəzur dəhlizi İran kimin tərəfindədir?

Zəngəzur dəhlizi İran kimin tərəfindədir?

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Vilayətinin qürrələnməsi və...

İran rəsmilərinin indiyədək Azərbaycanın 44 günlük müharibədən sonra irəli sürdüyü Zəngəzur dəhlizi ideyasına qarşı çıxdıqlarını görmüşük. Hazırda bununla bağlı mövqeyini açıqlayan ölkənin Ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayətinin də vaxtilə sözügedən ideyanı, bir növ, süngü ilə qarşıladığı məlumdur. Ancaq hesab edirik ki, hazırda cənab Vilayəti, necə deyərlər, barıtı daha çox edib. Yazımız bu barədədir. Amma əvvəlcə Cənub qonşumuzun Zəngəzur dəhlizinə zidd mövqeyinin məğzində dayanan bəzi məqamlara nəzər salaq.

İlk məqam regionda sərhədlərin toxunulmazlığının yolverilməzlidir. İran rəsmiləri bölgədə, xüsusən Ermənistanla sərhəddə hansısa geosiyasi dəyişikliyə, yeni dəhlizə və ya sərhəd korreksiyasına qarşıdırlar. Mövcud xüsusda üzərində dayanılmalı ikinci məqam bilavasitə İran-Ermənistan sərhədinin əhəmiyyətinin vurğulanmasıdır. İslam respublikası təmsilçiləri sərhəd toxunulmazlığını “qırmızı xətt” adlandırıblar. Onlar hesab edirlər ki, vəziyyətin dəyişməsi İranın strateji maraqlarına ziddir. Xatırladaq ki, cənab Vilayəti 2023-cü ildə qələmə aldığı məqaləsində də bunu bildirmişdi. “Yavaş-yavaş reallıqlar bəlli oldu. Naxçıvanı Azərbaycan Respublikasına bağlayan bu geniş əlaqələrin arxasında məqsəd, birincisi, Ermənistanı iki yerə bölmək, ikincisi, İran və Ermənistanı bir-birindən ayırmaq, iki ölkə arasında Əhəmənilər və Parfiya imperiyaları dövrünə aid olan əlaqəni kəsməkdir. Üçüncüsü, İranın xariclə əlaqəsini məhdudlaşdıracaq və bundan sonra biz 15 ölkə ilə deyil, 14 ölkə ilə qonşu olacağıq. Nəticədə, İranın Şimali Qafqaz, Rusiya və Avropa qitəsi ilə sərbəst əlaqəsi pozulacaq”.

Daha bir məqam regional sabitliyin pozulması riski ilə bağlıdır. İran tərəfi dəhliz layihəsinin bölgədə yeni qarşıdurmalara və xarici müdaxilələrə yol aça biləcəyindən narahatlığını ifadə edib. Yeri gəlmişkən, vaxtilə, yəni iki il əvvəl cənab Vilayətinin bununla əlaqədar anti-Türkiyə motivli fikirləri olub: “Hazırda Ukrayna müharibəsinin qızğın çağında özünü Rusiyaya yaxın kimi təqdim edən Türkiyənin siyasətində daha bir dəyişiklik tərzinin şahidi oluruq. Türkiyənin İsveçin NATO-ya üzvlüyünü təsdiqləməyə razı olduğu artıq bəllidir. Eyni zamanda, Azov döyüşçülərinin bir qismini Ukraynaya verdi. Bu mövqe dəyişikliyi baş verdiyi dönəmdə isə başqa bir hadisə diqqəti çəkməyə başlayıb. Bu da Türkiyə ilə Azərbaycanı birləşdirəcək Zəngəzur dəhlizi məsələsi aktiv şəkildə gündəmə oturub”.

Növbəti vurğulanmalı məqam İranın həmişə bölgədə Türkiyənin və Azərbaycanın roluna ehtiyatla yanaşmasıdır. İran bəzi hallarda açıq şəkildə bildirir ki, Türkiyə və Azərbaycanın dəhliz təşəbbüsləri Cənubi Qafqazda balansı poza bilər. Hətta, Vilayəti bu məsələni “böyük geosiyasi oyun” kimi də dəyərləndirib və əslində, onun indi ölkəsinin “Tasnim” İnformasiya Agentliyinə verdiyi müsahibədə vurğuladıqlarını əvvəlki mövqeyinin təkrarı olaraq qiymətləndirmək mümkündür. Ancaq bir qədər fərqli formada. Fərq nədədir, onu yazının sonunda bildirəcəyik.

Beləliklə, cənab Vilayəti deyib ki, Zəngəzur dəhlizi layihəsi regionun bütövlüyünə və Tehranın strateji maraqlarına təhlükə yaradırdı: “O dəhlizin yaradılması adı altında, guya Naxçıvanı Ermənistan əraziləri vasitəsilə Azərbaycanın əsas hissəsi ilə birləşdirmək planı gerçəkdə regionun parçalanması və İranın Avropaya quru çıxışının bloklanması ssenarisi idi”.

Əlbəttə, cənab Vilayəti kimi təcrübəli şəxsin diplomatiyanın dili ilə deyil, konspriologiyanın diktəsi ilə fikir bildirməsi həm təəccüblüdür, həm də təəssüf doğurur. Görəsən, Tehran rəsmisinin yadına nəyi salaq? Çox da uzaq keçmişə ekskurs ehtiyacı yoxdur. Sadəcə, sual edək: sabiq SSRİ zamanında İran-Ermənistan yolu işləyirdimi? Xeyr! Vilayətinin təbirincə desək, Əhəmənilər və Parfiya imperiyaları dövrünə aid olan əlaqə harda qalmışdı?! İran buna qarşı çıxa bilmişdimi? Yox! Bəs SSRİ-nin süqutundan sonra İran-Ermənistan yolu necə işlədi? Bəlkə, o yol, həqiqətən, böyük dividend gətirdi?

Azərbaycan torpaqları otuz ilə yaxın müddətdə işğalda qaldı. Bu, regionda sərhədləri dəyişdirmək istəyi, avantürist niyyət deyildimi? İrana buna qarşı çıxdımı? Xeyr! Ölkənin qazancı nə oldu? Ermənistana bağlı separatçılar ərazilərimizi narkotik plantasiyalar düzəninə, narkotrafik məkanına çevirdilər. Nə deyək, inana bilmərik ki, İranın narkotik işi ilə yaxından-uzaqdan hansısa əlaqəsi olsun. Çünki İslam respublikasıdır. Loru dildə desək, günah məsələlər onluq deyil. Elə isə Qarabağın Azərbaycanın nəzarətinə keçməsini İranın strateji maraqlarına zərbə kimi qiymətləndirənlərin də yumşaq desək, səfeh olduqlarını vurğulayaq...

Bəli, İran müsəlman Azərbaycanının ərazisinin erməni işğalına məruz qalmasına göz yummuş qonşu və müsəlman ölkədir. O ölkə ki, özünün regional iddiaları var. Yeri gəlmişkən, Azərbaycan həmin iddiaların mövcudluğu reallığını qəbul edib və həmişə də belə olub. Ölkəmiz İrana qarşı qlobal koalisiyalarda yer almayıb. Halbuki sırf işğal amili səbəbindən, daha doğrusu, təcavüzü aradan qaldırmaq, öz haqqına çatmaq naminə buna gedə bilərdi. Ancaq Bakı dəyər və prinsipləri gözləməyə üstünlük verib.

Ümumən, ölkəmiz müstəqillik dövründə hər zaman balanslı siyasət yeridib, qonşularının maraq və mənafelərini nəzərə alıb, heç bir avantürist oyunlarda olmayıb. Məhz buna görə də cənab Vilayətinin söylədikləri qəribə gəlir. Həm də ona görə qəribə gəlir ki, Ermənistanın 44 günlük müharibəyə rəvac verməsinin özü də regiondakı sərhədləri dəyişdirmək niyyətinə hesablanmış əməl idi. Özü də İranı bəyənməyən Qərbin əməli. Bu gün də Qərb dünyası Ermənistan üzərində oyunlar qurmaqda israrlıdır. Görəsən, cənab Vilayətini Azərbaycan-Ermənistan şərti sərhədinin Ermənistan tərəfində Avropa İttifaqının mülki müşahidə missiyasının keşik çəkməsi heçmi narahat etmir?..

Nə isə, Ə.Vilayəti onu da bildirib ki, guya ABŞ-ın sabiq Prezidenti Co Bayden Zəngəzur dəhlizinin işə salınması üçün infrastruktur və siyasi əsasların artıq hazır olduğunu qəbul etmişdi. Məhz Tehranın, heç bir şəkildə Moskvaya arxalanmayan, sərt mövqeyi layihənin reallaşmasına imkan verməyib. Görəsən, cənab Vilayətinin Bayden-Blinken administrasiyasının anti-Azərbaycan yönümlü fəaliyyətindən xəbəri olmayıb? Həmin administrasiyanın Ceyms Obrayn adlı təmsilçisi var idi. Birləşmiş Ştatların Dövlət Departamenti rəhbərinin köməkşisi statusunda olan bu şəxs Azərbaycanı ittiham etmişdi. Əlbəttə, onun ittihamı Azərbaycanın Naxçıvana yolun “Azərbaycandan Azərbaycana yol” kimi fəaliyyət göstərməsi baxışından qaynaqlanmışdı. Ancaq burada bir incəlik var idi.

Məlum olduğu kimi, Ermənistan Azərbaycanın Naxçıvana yolun maneəsizliyi – heç bir gömrük və sərhəd nəzarəti olmadan fəaliyyət göstərməsi ilə razılaşmırdı. O zaman ölkəmiz Naxçıvana yolun İrandan keçməsi üzərində dayandı və bu mövqe indi də aktuallığını qoruyur. Başlıca məqam isə onda idi ki, Bayden administrasiyası Obraynın dili ilə Azərbaycanı məhz İran variantına üstünlük verdiyi üçün hədələmişdi. Hər halda, cənab Vilayətinin məsələdən xəbərsizliyi mümkünsüzdür. Elə isə onun indi bildirdiyi nədir?

Digər tərəfdən, həmin Bayden administrasiyası idi ki, Ermənistanı əlinə düşən hər fürsətdə qoruyurdu. Görəsən, nə üçün İran bu ilin yanvarında, yəni Trampın prezidentlik vəzifəsinin icrasına cəmi 6 gün qaldığı bir müddətdə imzalanmış ABŞ-Ermənistan Strateji Tərəfdaşlıq Xartiyasına reaksiya vermirdi? O xartiya icra olunsa, Ermənistan üçün İran qonşu statusunda qalacaqmı? Təbii ki, yox!

Əlqərəz, cənab Vilayəti, eyni zamanda, vurğulayıb ki, Zəngəzur dəhlizi ideyasında söhbət sadəcə nəqliyyat dəhlizindən getmir. Məqsəd İranın Cənubi Qafqazdan sıxışdırılması, Rusiyanın cənubdan mühasirəyə alınmasıdır və bu, genişmiqyaslı geosiyasi oyundur. Əlbəttə, razıyıq ki, Qərbin regionda Rusiyaya qarşı ikinci cəbhə açmaq planları olub və var. Bunu Gürcüstanda da gerçəkləşdirmək niyyətlərini ölkədə ötən il keçirilmiş parlament seçkiləri zamanı yaxşı gördük.

Onu da yaxşı başa düşürük ki, Cənubi Qafqazda anti-Rusiya davranışları anti-İran perspektivinə söykənir. Təəccüblü məqam İranın Qərbin Ermənistan kimi ruporunu bir kənara qoyub Azərbaycana və Türkiyəyə köklənməsidir. Bu köklənmə köhnə klişeləri gündəmə gətirməkdən başqa bir şey deyil. Vilayətinin söylədiklərinə mövcud bu prizmadan yanaşmaq mümkündür: “İranın bölgədəki varlığı təkcə milli təhlükəsizlik məsələsi deyil. Bu, xarici müdaxilələrin, o cümlədən NATO-nun genişlənməsinin qarşısını alan strateji sipərdir. Cənubi Qafqazdakı fəaliyyətimiz regionun sabitliyinə töhfədir”.

Sonda gələk haqqında söz açdığımız fərq məsələsinə. Yəni, cənab Vilayətinin timsalında İranın Zəngəzur dəhlizinə qarşı dirənişinin əvvəlki illərdəkindən fərqli seqmentinə. Deməli, cənab müşavirin sözlərindən belə çıxdı ki, sən demə, Zəngəzur dəhlizi də NATO planı imiş. Vilayətinin fikrincə, planın iflasa uğraması açıq mesajdır - Tehran regionda suverenliyə, güc balansına və kommunikasiya azadlığına təhdid yaradan heç bir layihənin həyata keçməsinə imkan verməyəcəyini göstəribmiş. “Biz baş verənlərin mahiyyətini vaxtında anladıq və bu planın həyata keçməsinin qarşısını aldıq”, - deyən İran rəsmisinin sözlərinə görə, İslam respublikası siyasi, hərbi və diplomatik baxımdan heç vaxt olmadığı qədər güclüdür və Zəngəzur dəhlizinə maneçilik törətmək də bu gücün nəticəsində imiş.

Bəli, cənab Vilayətinin İranın Zəngəzur dəhlizi məntiqinə meydan tanımayan ölkə olmasını açıq şəkildə bəyan edib qürrələnirmiş kimi fikir bildirməyi, ümumən, Orta Dəhliz ideyasına qarşı demarşdır. Vilayətinin Qərb və NATO təhlükəsini önləməklə bağlı dedikləri isə keçmişin daxili auditoriyaya hesablanmış klişelərini təzələməkdən, mənasız konspriologiyadan başqa bir şey deyil. Mövcud dolaşıq labirintdə İranın “körpüləri yandıran” leksikona keçməsi düşündürücüdür. Hər halda, bu yazıda Orta Dəhlizin mahiyyətini, xüsusən, Çinin maraqlarını vurğulamağa ehtiyac duymuruq. Onu da demək istəmirik ki, Tehranın Pekinə meydan oxuyacaq potensialı ola bilməz. Çünki Qərbpərəst Ermənistanın Zəngəzur dəhlizinə müqaviməti reallığını nəzərə alsaq, ortaya daha böyük suallar çıxır: İran kimin tərəfindədir? Bəlkə, pislədiyi Qərbin? Bəlkə, Vilayəti iz azdırmaqla məşğuldur?

Ə.RÜSTƏMOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 İyun 2025 09:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsaril Səudiyyə Ərəbistanının və İordaniyanın razılığını alıb Siyasi şərhçi

10 Sentyabr 2025 17:57see245

İsrailin növbəti hədəfi Türkiyədir? III Dünya müharibəsinin əlamətləri görünür

10 Sentyabr 2025 17:33see205

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see146

Orqan köçürməklə insan maksimum bu yaşa qədər yaşaya bilər

09 Sentyabr 2025 03:03see139

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see136

Arina Sabalenka US Open 2025 dəki qələbəsini necə qeyd edib FOTO

09 Sentyabr 2025 04:13see133

Netanyahu: HƏMAS liderlərinə zərbə Qəzzada müharibəyə son qoya bilər

09 Sentyabr 2025 21:07see126

Toral Bayramov: İslandiya ilə matçdan sonra çox pis vəziyyətdəydik

10 Sentyabr 2025 13:55see126

“Rus ordusu Dobropolye yaxınlığında mühasirəyə düşə bilər” Ukraynalı ekspert

09 Sentyabr 2025 15:57see122

Kaya Kallas: Moskva Ukrayna ilə danışıqlar masasına oturmalı olacaq

09 Sentyabr 2025 15:13see119

Anasını WhatsApp mesajına görə bıçaqlayan kişi HƏBS EDİLDİ

09 Sentyabr 2025 09:04see119

Neft strategiyası Azərbaycanın dövlət gəlirlərinin artmasına imkan yaratdı ŞƏRH ETDİ

10 Sentyabr 2025 16:03see119

Kosmosda başqa ulduzları yeyən ulduz peyda oldu

10 Sentyabr 2025 15:40see119

Ukrayna gecə Polşaya Rusiya PUA larının uçuşu barədə məlumat verib

10 Sentyabr 2025 13:56see119

Bu qərarı mən yox, o verdi Tramp

10 Sentyabr 2025 01:04see118

Nigar Fərhad ilk dəfə qızını GÖSTƏRDİ söz savaşı na çıxdılar VİDEO

10 Sentyabr 2025 16:01see117

Eminin yeni evindən Video

09 Sentyabr 2025 20:40see115

Polşa hava məkanına daxil olan Rusiya pilotsuz təyyarələrinə cavab verdi NATO

10 Sentyabr 2025 12:22see115

Toral Bayramov: Əlimizdən gələni yox, gəlməyəni edirdik

10 Sentyabr 2025 01:33see114

Uğur qazanacaq bürclər Zəhmətlərinin bəhrəsini alacaqlar

09 Sentyabr 2025 03:21see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri