İran vətəndaşları qanunsuz Türkiyəyə keçib?
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bəzi sosial media hesablarında İran sərhədindən Türkiyəyə qanunsuz giriş edildiyi iddiası ilə paylaşılan görüntülər dezinformasiya xarakteri daşıyır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin Dezinformasiya ilə Mübarizə Mərkəzi açıqlama yayıb.
Məlumata əsasən, müəyyən edilib ki, buna dair yayılan görüntülər vaxtı və məkanı naməlum köhnə çəkilişlərdir və son regional hadisələrdən sonra qəsdən yenidən dövriyyəyə buraxılıb.
“Onların Türkiyənin sərhəd xətti ilə əlaqəsinə dair hər hansı konkret sübut mövcud deyil. Bu cür paylaşımlar sərhəd təhlükəsizliyini hədəf alaraq ictimaiyyətdə mənfi rəy formalaşdırmağı məqsəd qoyur. Türkiyənin sərhəd təhlükəsizliyi 24/7 prinsipi əsasında çoxqatlı sistemlərlə fasiləsiz şəkildə təmin olunur. Əsassız iddialara etibar edilməməsi və yalnız rəsmi qurumların açıqlamalarının nəzərə alınması vacibdir”,-deyə açıqlamada bildirilib.
Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb. ABŞ ordusu İsrailin hücumuna dəstək verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 28 Fevral 2026 15:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















