Icma.az
close
up
RU
İran XİN ABŞ ilə danışıqların formatı barədə açıqlama verdi

İran XİN ABŞ ilə danışıqların formatı barədə açıqlama verdi

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İran Xarici İşlər Nazirliyi (XİN) ABŞ ilə danışıqların formatının dəyişdirilməsini istisna edir. Görüşlər yalnız vasitəçilərlə davam edəcək.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İran XİN-in rəsmi nümayəndəsi İsmayıl Bəqai məlumat verib.

"Tərəflərdən birinin təhdidlərə əl atmağa davam etdiyi bir şəraitdə birbaşa danışıqlar faydasız və səmərəsizdir. Ona görə də biz əvvəllər seçilmiş formatdan istifadə etməyə davam edəcəyik", - deyə o mətbuat konfransı zamanı bildirib.

Tehran ABŞ ilə danışıqların növbəti raundunun yerini yalnız Omanla məsləhətləşdikdən sonra rəsmən elan edəcək.

"Xarici işlər naziri Abbas Əraqçının dediyi kimi, danışıqların növbəti raundu Omanda baş tutmaya bilər. Növbəti danışıqların yeri ilə bağlı Oman tərəfindən cavab aldıqdan sonra qərar verəcəyik. Sonra bunu rəsmi şəkildə elan edəcəyik", - deyə Bəqai mətbuat konfransı zamanı bildirib.

Onun sözlərinə görə, İran üçün danışıqların konkret olaraq harada baş tutmasının heç bir əhəmiyyəti yoxdur, vacib olan formatın dəyişməz qalması, Maskatın isə vasitəçi rolunu davam etdirməsidir.

Xatırladaq ki, aprelin 12-də Omanda İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti həll etmək üçün Tehran və Vaşinqton nümayəndələri arasında danışıqlar keçirilib. İkinci tur aprelin 19-da keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 Aprel 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see364

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see334

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see325

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see295

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see292

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see275

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see271

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see255

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see252

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see242

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see232

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see225

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see216

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see203

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see197

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see196

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see182

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri