İran XİN in sözçüsü ABŞ İsrail müharibəsinin İrana qlobal təsirləri barədə xəbərdarlıq etdi
Baku.ws saytına istinadən Icma.az xəbər verir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ-İsrail müharibəsinin İrana qlobal təsirləri barədə xəbərdarlıq edib.
BAKU.WS xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, Bəqai ABŞ və İsrailin İranın neft ehtiyatlarına nəzarəti ələ keçirmək məqsədi daşıyan hərəkətlərindən narahatdır.
İran XİN sözçüsü bu məsələni qlobal enerji bərabərliyi və suverenliyi üçün kritik təhdid kimi qiymətləndirib.
O "X" sosial şəbəkə hesabındakı paylaşımda ABŞ və İsrailin İrana qarşı təcavüzünün həyəcan verici nəticələrini vurğulayıb və bunu qlobal enerji təchizatına hakim olmaq üçün daha geniş strategiyanın bir hissəsi olduğunu bildirib.
Baqaei bu məsələ ilə bağlı "Fox News" tərəfindən dərc edilmiş məqalədə yazılanları xatırladıb:
"Ağ Evin mətbuat katibi tərəfindən təsdiqlənmiş bu məqalədə açıq şəkildə bildirilir ki, ABŞ və İsrailin İrana qarşı təcavüzünün əsas məqsədi İranın neft ehtiyatlarına nəzarəti ələ keçirməkdir ki, bu da qlobal enerji təchizatına hakim olmaq üçün daha geniş strategiyada "tapmacanın son hissəsi"ni təşkil edir. ABŞ İran neftinin təhlükəsizliyini təmin etmək məqsədilə Çinin əlverişli enerjiyə çıxışını ciddi şəkildə məhdudlaşdıracaq və bununla da onun texnoloji və iqtisadi yüksəlişə mane ola biləcək", - deyə o əlavə edib.
İsmayıl Bəqai onu da bildirib ki, İran sadəcə özünü bu müharibədən müdafiə etmir, o, eyni zamanda suverenlik və öz müqəddəratını təyin etmə prinsiplərini, regionunun gələcəyini və qlobal birliyin daha geniş maraqlarını müdafiə edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 10 Mart 2026 13:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















