Icma.az
close
up
RU
İran İsrail müharibəsinin Azərbaycana təsirləri ƏSAS TƏHLÜKƏLƏR QAPIDA! ŞƏRH

İran İsrail müharibəsinin Azərbaycana təsirləri ƏSAS TƏHLÜKƏLƏR QAPIDA! ŞƏRH

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İran-İsrail müharibəsinin artıq 7-ci günü də geridə qaldı. İran, İsrail, ABŞ-la yanaşı, digər ölkələr də artıq müharibənin gedişatı ilə bağlı açıqlamalar verir, öz fikir və təkliflərini irəli sürürlər.

Artıq rəsmi şəkildə ABŞ da müharibəyə qoşulduğunu və yaxın günlərdə İrana zərbələr endirəcəklərinə hazırlaşdıqlarını bildirdilər.

Görünən odur ki, bu müharibənin miqyası gün keçdikcə daha da artır, əlavə ölkələrin qoşulması III Dünya müharibəsi ilə bağlı deyilənləri doğru çıxmağa əsas verir.

Təbii ki, bütün bu proseslər qonşu ölkə olaraq Azərbaycanı da narahat edir. Belə olan halda bir sual yaranır. İsrail-İran müharibəsinin Azərbaycan üçün hər hansısa təhlükəsi varmı? Turkustan.az olaraq bu sualımızı politoloq Məhəmməd Əsədullazadəyə ünvanladıq.

Məhəmməd Əsədullazadə

Yaxın şərqin artıq siyasi şəkilləndirilməsi prossesi davam edir. İsrailin İrana qarşı hərbi əməliyyatları Azərbaycan üçün də müəyyən təhlükələr yaradır. Çünki, hələ bilinmir ki, İranda prosseslər hansı istiqamətdə gedəcək. İran federallaşacaqmı, parçalanacaqmı, ABŞ və İsrail axıra qədər gedəcəkmi - bütün bu prosseslər Azərbaycanı narahat edən əsas faktorlardır. Həmçinin, Azərbaycan İsrailə xəbərdarlıq edib ki, Güney azərbaycanlılarının yaşadığı şəhərlər vurulmamalıdır. Bu humanitar problemlərə də gətirib çıxara bilər. Çünki, bizim 40 milyon soydaşımız orada yaşayır. Azərbaycan dövləti onların taleyinı biganə qala bilməz. İran qonşu ölkədir və oradakı sabitlik Azərbaycanın maraqlarına cavab verir. Biz burada beynəlxalq hüququn pozulduğunu görürük. Çünki bir dövlət digər dövlətin sistemini dəyişməyə çalışır. Güc amili artıq ön plana keçib. Hansı ölkə güclüdürsə, zəif tərəfi məhv etməyə çalışır. Biz İran tarixinə nəzər saldıqda görürük ki, daima qərblə sivilizasiya toqquşması, həmçinin hərbi toqquşma yaşayır. Çünki İran öz imperiya maraqlarını qoruyan dövlətdir. Bu da Amerikanın siyasi, hərbi, iqtisadi maraqları ilə toqquşur. Onu da bildirim ki, qarşılıqlı raket atışları heç də birinin digər tərəf üzərində qələbəsinə gətirib çıxarmayacaq.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 19 İyun 2025 21:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see124

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see124

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri