Icma.az
close
up
RU
“İran yenə də Livan məsələsini bəhanə edib danışıqlardan uzaqlaşa bilər“ İlham İsmayıl

“İran yenə də Livan məsələsini bəhanə edib danışıqlardan uzaqlaşa bilər“ İlham İsmayıl

Icma.az bildirir, Moderator.az portalına istinadən.

ABŞ və İran arasında gərgin münasibətlərin davam etdiyi bir dövrdə tərəflər arasında diplomatik kanalların açıq saxlanılması istiqamətində atılan addımlar beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.
Yaxın Şərqdə təhlükəsizlik mühitinə birbaşa təsir göstərən bu təmasların gələcək taleyi regionda sabitliyin qorunması baxımından da mühüm əhəmiyyət daşıyır. 

Xüsusilə vasitəçilər üzərindən aparılan danışıqların davam etdirilməsi ilə bağlı verilən mesajlar tərəflər arasında dialoq imkanlarının tam tükənmədiyini göstərir. Bununla yanaşı, bu prosesin real nəticələr verib-verməyəcəyi və münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyi əsas müzakirə mövzularından biri olaraq qalır. Qətər Xarici İşlər Nazirliyinin açıqlamasında isə ABŞ və İran nümayəndələri arasında aparılan dolayı təmaslarda müsbət irəliləyiş əldə olunduğu və dialoqun davam etdirilməsi barədə razılığın əldə edildiyi bildirilir.

Maraqlıdır, bu inkişafı ABŞ–İran münasibətlərində yeni diplomatik mərhələnin başlanğıcı kimi qiymətləndirmək olarmı? Növbəti görüşlərin keçirilməsi tərəflər arasında etimadın bərpasına nə dərəcədə töhfə verə bilər?

Mövzu ilə bağlı Moderator.az-ın suallarını təhlükəsizlik üzrə ekspert İlham İsmayıl cavablandırıb.

Ekspert bildirib ki, Dohada Qətər və Pakistanın vasitəçiliyi ilə ABŞ və İran nümayəndələri arasında vasitəçilər üzərindən, yəni birbaşa olmayan təmasların qurulması danışıqlarda müəyyən irəliləyiş kimi qiymətləndirilə bilər:

"Amma təbii ki, bu irəliləyiş gələcəkdə danışıqların davam etdirilməsi, 18 iyun tarixində razılaşdırılmış 14 memorandumun hamısı olmasa da, müəyyən müddəalarının həyata keçirilməsi istiqamətində real addımların atılmasının hər iki tərəf tərəfindən qəbul edildiyini göstərir. Məsələ burasındadır ki, vitse-prezidentin də dediyi kimi, İranın hər dəfə xüsusi olaraq vurğulaması ki, heç bir sülh danışıqları aparılmır, amma eyni zamanda gizli şəkildə bu danışıqların aparılmasının tərəfdarı olması anlaşılan deyil.

Amma bütün bunlar onu göstərir ki, İran daxili auditoriyaya hesablanmış bəyanatlar verməklə guya ABŞ-nin heç bir təklifini qəbul etmir. Faktiki olaraq isə növbəti danışıqlar mərhələsi Əli Xameyinin dəfn olunmasından sonraya saxlanılıb. Bu müddət ərzində hər hansı eskalasiya ola bilərmi? Düşünürəm ki, bu dövrdə eskalasiya ehtimalı azdır. Amma dəfn mərasimindən sonra danışıqların rahat və problemsiz keçəcəyi də gözlənilmir. Bu isə İranın üzərinə düşən öhdəliklərlə bağlıdır. 

Çünki İranın uranın zənginləşdirilməsi, eyni zamanda Hörmüz boğazından rüsum alınmadan keçid məsələləri ilə bağlı müəyyən öhdəlikləri var və bunlar hələ uzun müddət danışıqların əsas mövzularından biri olacaq. Hesab edirəm ki, yaxın perspektivdə İran və ABŞ arasında irimiqyaslı gərginlik və ya müharibə gözlənilmir.

İsrail isə öz mövqeyində israrlıdır və Livanla da danışıqlar aparıb. Hələ müəyyən müddət ərzində İsrailin Livandan geri çəkilməsi gözlənilmir. İran isə perspektivdə yenidən Livan məsələsini bəhanə edərək danışıqlardan uzaqlaşa bilər. Lakin bunun nəticəsində irimiqyaslı müharibənin baş verəcəyi gözlənilmir. Çünki ABŞ-də payızda keçiriləcək aralıq seçkilərinədək həm siyasi elita, həm də cəmiyyət müharibənin başlamasını istəmir".

Pərvin Şakirqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 İyul 2026 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see307

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see282

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see281

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see272

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see271

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see263

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see262

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see259

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see252

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see245

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see232

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see231

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see221

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see216

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see214

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see213

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see210

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see198

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see197

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri