İran yeni liderini niyə seçə bilmir? Xatəmi açıqladı
Icma.az bildirir, Unikal.az portalına istinadən.
"Liderlik sahəsində heç bir problem olmayıb, ölkə Liderlik Şurası tərəfindən idarə olunur və ən qısa zamanda yeni bir lider təyin olunacaq".
"Unikal" xəbər verir ki, bunu İran Ekspertlər Şurasının nümayəndəsi Ayətullah Seyid Əhməd Xatəmi deyib.
O, İmam Xomeyninin vəfatından dərhal sonra niyə yeni bir liderin seçildiyi, lakin indi hələ də seçilmədiyi sualına belə cavab verib: "O dövrdə ölkə müharibə vəziyyətində deyildi, indi müharibə vəziyyətindədir, amma hamımız yeni bir lider seçmək üçün çalışırıq.
Lider ən qısa zamanda təyin olunacaq və Allaha şükür ki, yeni bir lider seçməyə yaxınıq. İslam İnqilabının liderini seçmək üçün Ekspertlər Şurası müəyyən işlər görüb və mütəxəssislərlə məsləhətləşib. Seçkilərə yaxınıq. Qanuni şəkildə hərəkət etməliyik, amma nəzərə almalıyıq ki, müharibə vəziyyətindəyik".
Ağarza Elçinoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 04 Mart 2026 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















