İran yeni təhlükə qarşısında: Həll olunmasa...
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
İran son illərdə iqlim dəyişikliyi nəticəsində quraqlıq, su ehtiyatlarının azalması, temperaturun dəyişməsi və daşqınlar son bir neçə ildə ölkəyə ciddi şəkildə təsir etməkdədir.
Ölkə.az İRNA-ya istinadən xəbər verir ki, İran quraq və yarı quraq ölkə olduğundan iqlim dəyişikliyindən ən çox təsirlənib. “İranda artan temperatur, yağışın azalması və su ehtiyatlarını təhdid edən iqlim dəyişikliyi ölkəni ciddi ekoloji və sosial problemlərə, xüsusən də şəhərlərdə böhranlara və əhalinin sağlamlığı üçün təhlükələrə səbəb olub. Ekspertlərin fikrincə, bu prosesin davam etməsi ölkə üçün düzəlməz problemlər yaradacaq”, - İRNA yazır.
İRNA qeyd edir ki, İrandakı iqlim dəyişikliyi çoxşaxəli böhrandır. “Təcili tədbirlər görülməsə, onun ekoloji və sosial nəticələri ölkənin gələcəyinə ciddi təsir göstərə bilər.
Ciddi təhlükə ilə üzləşən İran hökuməti iqlim dəyişikliyi ilə mübarizə üzrə milli plan hazırlayaraq təsdiq edib”, - nəşr yazıb.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 27 Oktyabr 2025 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















