Icma.az
close
up
RU
İran zəifləsə, regionda din balansı belə dəyişə bilər ŞƏRH

İran zəifləsə, regionda din balansı belə dəyişə bilər ŞƏRH

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İranın regional təsirinin zəifləməsi Yaxın Şərq və Cənubi Qafqazda dini və məzhəbi balansın dəyişməsi ehtimalını gündəmə gətirir. Bu vəziyyət məzhəblərarası dialoq və təsir mərkəzlərinin rolunu yenidən formalaşdıra, müəyyən ölkələrdə dini nüfuz mərkəzlərinin gücünü artırıb-azalda bilər. Eyni zamanda, İslam dünyasında müxtəlif məzhəblər arasında qarşılıqlı anlaşma və əməkdaşlıq imkanlarını da təsir edə bilər.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən ilahiyyatçı Fazil Əhməd bildirib ki, son müharibə və əməliyyatlar fonunda müşahidə olunur ki, məzhəblərarası yaxınlaşma artır və bu, o dərəcədə açıqdır ki, hətta Türkiyə, Azərbaycan və digər müsəlman ölkələrində mövzunu məzhəbçiliklə əlaqələndirənlər tənqid olunur. 

"Məsələn, İran İslam Respublikasının son müdafiə və hücum əməliyyatlarını məzhəbçilik prizmasından qiymətləndirən insanlar artıq həmçinin müxtəlif məzhəblərin nümayəndələri tərəfindən tənqid olunur və bəzən sosial olaraq kənarlaşdırılırlar. Bunun səbəbi odur ki, bir çox mif və yanlış təsəvvürlər artıq üzə çıxıb. Məsələn, Türkiyədə uzun illər boyu şiəlik sünniliklə müqayisədə mənfi şəkildə təqdim olunub, əhli-sünnə müqəddəsləri şiələr tərəfindən təhqir olunmuş kimi qələmə verilib. Bu, bütün cəmiyyət tərəfindən deyil, lakin müəyyən məscid rəhbərləri və dini nümayəndələr tərəfindən illərlə təbliğ edilib. Amma hazırda müşahidələr göstərir ki, vəziyyət fərqlidir. İran və digər müsəlman ölkələrində əhli-sünnə məscidləri, mədrəsələri və təşkilatları azad şəkildə fəaliyyət göstərir. Sünni müqəddəslərin təhqir edilməsi doğru deyil və müştəizlər, fəqihlər dəfələrlə bunu haram saydıqlarını açıqlayıblar".
İlahiyyatçı bildirib ki, əlavə olaraq, bəlli olur ki, bəzi xarici ölkələr və təşkilatlar müsəlmanlar arasında nifrət toxumu səpmək üçün məzhəb fərqlərini alət kimi istifadə ediblər. 

"Bunun nəticəsi olaraq bəzi insanlar məzhəbini dəyişə bilər, lakin bu, kütləvi hal deyil. Ümumiyyətlə, İslam ümumiyyətlidir və fərqli məzhəblər yalnız reallıq olaraq mövcuddur; əsas odur ki, tolerantlıq hökm sürsün və insanlar bir-birinə qarşı hörmətli olsun. Hətta eyni məzhəbin içində də fərqli düşüncələr mövcuddur. Məsələn, şiə məzhəbində siqaretin haram və ya məkruh hesab edilməsi kimi fərqli fikirlər var. Qurani-Kərim də 1400 il öncə ixtilafın olacağını vurğulayıb. Sünnilərin içində də məsələn, qəbirləri ziyarət etmə və təvəssül kimi mövzularda fərqli yanaşmalar mövcuddur. Beləliklə, bu illər ərzində mövzu şişirdilərək insanlar arasında düşmənçilik yaradılıb. Müsəlmanlar arasında müharibə və qarşıdurmalar baş verib ki, bunlar tənqid olunmalı və gələcəkdə qarşısı alınmalıdır. Azərbaycan bu baxımdan nümunəvidir. Burada insanlar fərqli fikirlərə hörmətlə yanaşır, radikalizmə qarşı dövlət tədbirlər görür və ümumiyyətlə cəmiyyət tolerantlıqla seçilir".
Qeyd edək ki, fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana hücumları bölgədə vəziyyəti kəskinləşdirib. İran tərəfi bu hücumlara İsrailə raketlər atmaqla cavab verib. Hadisələrin gedişində İranın dövlət televiziyası ali dini lider Ayətullah Xameneinin öz ofisində öldürüldüyü barədə məlumat yayıb. Bu xəbərlə əlaqədar ölkədə 40 günlük matəm və 7 günlük qeyri-iş günü elan edilib.
Gərginlik Azərbaycan sərhədlərinə də sıçrayıb. Martın 5-də günorta saatlarında İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları təşkil edilib. Hücum zamanı "Arash-2" tipli pilotsuz uçuş aparatlarından istifadə olunduğu bildirilir. PUA-lardan biri Naxçıvan Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəbin yaxınlığına düşüb.
Hava limanına düşən dron binaya ciddi zərər vurmaqla yanaşı iki mülki şəxsin xəsarət almasına səbəb olub. Hadisə yerində araşdırmalar aparılır və təhlükəsizlik tədbirləri gücləndirilib. Bölgədəki hərbi aktivlik və siyasi qeyri-müəyyənlik davam edir.
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Mart 2026 21:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see357

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see346

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see337

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see324

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see317

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see309

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see299

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see291

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see287

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see257

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see241

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see237

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see228

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see225

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see220

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see205

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see196

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see194

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see189

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri