Icma.az
close
up
RU
İran zəifləsə, regionda güc balansı necə dəyişə bilər? AÇIQLAMA

İran zəifləsə, regionda güc balansı necə dəyişə bilər? AÇIQLAMA

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yaxın Şərqdə artan gərginlik fonunda İranın regional təsir imkanlarının zəifləməsi ehtimalı beynəlxalq siyasətdə geniş müzakirə olunur. Belə bir ssenarinin baş verməsi regionda yeni güc balansının formalaşmasına və müəyyən siyasi boşluğun yaranmasına səbəb ola bilər.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, İran regional güc kimi çox vaxt təqdim olunduğu qədər güclü təsir imkanlarına malik deyil. 
"Şübhəsiz ki, ölkənin müəyyən təsir mexanizmləri var və xüsusilə şiə ideologiyası və proksi qüvvələr vasitəsilə regionda nüfuz qazanmağa çalışır. Lakin buna baxmayaraq, İranın təsir imkanları hər zaman yüksək səviyyədə olmayıb və son dövrlərdə müəyyən qədər zəiflədiyi də müşahidə olunur. Tarixə baxdıqda Yaxın Şərqdə real hegemonluq qurmağı bacaran dövlətlərin çox az olduğu görünür. Bu baxımdan əsasən iki imperiya, Osmanlı və Səfəvi dövlətləri regionda müəyyən sabitlik və balans yaratmağa nail olmuşdular. Sonrakı dövrlərdə isə bölgəyə daxil olan xarici güclər, Fransa və Böyük Britaniya kimi dövlətlər bu sabitliyi təmin edə bilmədilər. XX əsrdə ərəb dünyasında müxtəlif birlik təşəbbüsləri və siyasi hərəkatlar olsa da, nə ərəb birliyi, nə də İslam Əməkdaşlıq Təşkilatı regionda vahid siyasi və ideoloji birlik formalaşdıra bildi".
Ekspert bildirib ki, İranın zəiflədiyi ssenaridə isə regionda əsas güc kimi ilk növbədə Türkiyənin adı çəkilə bilər. 
"Türkiyə həm iqtisadi, həm hərbi potensialı, həm də Osmanlı mirası səbəbilə regionda təsir imkanlarına malikdir. Bununla yanaşı, İsrail və Səudiyyə Ərəbistanı da Yaxın Şərqdə təsir dairəsini genişləndirə biləcək mühüm regional aktorlar hesab olunur. Cənubi Qafqaz kontekstində isə Azərbaycanın rolu da diqqət çəkir. Hazırda ölkənin geniş regional ambisiyaları olmasa da, Azərbaycan dili və mədəniyyəti üzərindən həyata keçirilən proqramlar xaricdə yaşayan soydaşların vahid ideoloji platformada birləşdirilməsinə yönəlib. Tarixi baxımdan Azərbaycan Səfəvi mirası ilə müəyyən regional təsir potensialına malikdir. Ümumilikdə isə regionda təsir sahibi olmaq təkcə ərazi və ölçü ilə bağlı deyil. Məsələn, İsrail kiçik dövlət olsa da, ciddi təsir imkanlarına malikdir. Bu baxımdan Azərbaycan da gələcəkdə həm Türkiyənin tarixi varislik prinsipinə, həm də İsrailin güc modelinə bənzər təsir mexanizmi formalaşdırmaq potensialına sahibdir".
Məsələ ilə bağlı açıqlama verən Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu isə bildirib ki, söhbət İranın çöküşündən gedirsə, bu, bölgə üçün çox ciddi fəsadlara gətirib çıxara bilər.
"Əgər İran hakimiyyəti çökərsə, bu o demək deyil ki, qısa zaman kəsiyində problemlər həll olunacaq, yaxud demokratik hökumət qurulacaq. İlk növbədə prosesi başladan qüvvələr bunda maraqlı olmayacaq. Digər tərəfdən, cəmiyyətin özü demokratik keçidə hazır olmalıdır. Eyni zamanda kifayət qədər radikal ideoloji düşüncəyə sahib olan və əlində bütün səlahiyyətləri cəmləyən, çoxsaylı silah növlərinə sahib olan SEPAH birdən-birə yoxa çıxmayacaq, belə bir mərhələdə dövlət ağlı ilə deyil, daha radikal təşkilat mövqeyindən çıxış edəcək. Reallıq ondan ibarətdir ki, SEPAH uzun müddət assimmetrik savaşı davam etdirə bilər. Yəni göründüyü kimi, məsələ kifayət qədər mürəkkəbdir”.
Əli Zülfüqaroğlu əlavə edib ki, bura dini-etnik təhdidi və bunun xüsusilə Yaxın Şərq bölgəsinə gətirəcəyi fəlakəti də əlavə etməliyik. 
"Bu da onu deməyə əsas verir ki, İranla bağlı proses həddindən artıq təhlükəli xarakter daşıyır. Xüsusilə müharibənin başlanmasına səbəb olan teoloji yanaşmalar bütün bölgə və dünya üçün ciddi təhdidlər yaradır”.
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Mart 2026 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see577

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see531

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see442

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see393

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see300

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see275

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see262

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see242

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see239

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see236

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see234

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see219

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see211

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see210

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see209

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see209

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see203

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see202

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri