Icma.az
close
up
RU
İran Səudiyyə Ərəbistanı yaxınlaşması strateji balansı necə dəyişə bilər?

İran Səudiyyə Ərəbistanı yaxınlaşması strateji balansı necə dəyişə bilər?

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son illər İran və Səudiyyə Ərəbistanı münasibətlərində normallaşma müşahidə olunur.

Bakıvaxtı.az-ın məlumatına görə, bu normallaşma fonunda İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İran Səudiyyə Ərəbistanını heç vaxt düşmən hesab etməyib. Nazir iki ölkə arasındakı mübahisələr və fikir ayrılıqlarının bəzən diplomatik münasibətlərin kəsilməsinə səbəb olduğunu bildirsə də, ümumilikdə iki ölkə arasında münasibətlərin yaxşılaşmasının tərəfdarı olduğunu bildirib.

Maraqlıdır ki, İran və Səudiyyə Ərəbistanının yaxınlaşması strateji balansı necə dəyişə bilər? İran-Səudiyyə Ərəbistanı əməkdaşlığı fonunda İran regionda güclənə bilərmi?

Politoloq İlqar Vəlizadə Bakıvaxtı.az-a açıqlamasında bu sualları cavablandırıb.

Onun sözlərinə görə, İran və Səudiyyə Ərəbistanı iki regional qüvvə, ortaq gücdür. Bu güclərin qarşılıqlı münasibətlərinin olması regional stabilliyə müsbət təsir göstərəcək:

"İran-Səudiyyə Ərəbistanı münasibətləri və dialoqu iki gücün toqquşması ilə bağlı riskləri azaldır. Digər tərəfdən, məsələlərin daha çox proqnozlaşdırılan məcrada inkişaf etməsinə kömək edir. Əslində hazırda əsas çatışmazlıq proqnozlaşdırılan məsələlərlə bağlıdır. Dünyada gedən proseslər onu göstərir ki, bu çatışmazlıq münasibətlərin normal şəkildə tənzimlənməsinə imkan vermir. Ona görə də İran və Səudiyyə Ərəbistanı arasında dialoqun baş tutması müsbət haldır".

İ.Vəlizadə hesab edir ki, bu gün heç bir dövlət yaxın dostluqdan danışmır və danışa bilməz. Çünki müəyyən məsələlərlə bağlı ölkələrarası rəqabət mövcuddur.

İlqar Vəlizadə: İran və Səudiyyə Ərəbistanı arasında dialoqun baş tutması müsbət haldır

Dediyinə görə. bəzi hallarda bu rəqabət olduqca ciddi səviyyəyə keçir. Lakin bu rəqabətlər sivil formada aparılmaqla, regional stabilliyə müsbət təsir edə bilər:

“Bu kontekstdə  İran-Səudiyyə Ərəbistanı əməkdaşlığının regionumuza da müsbət təsir göstərəcəyi gözləniləndir. Azərbaycanın həm İranla, həm də Səudiyyə Ərəbistanı ilə münasibətləri var. İran qonşu ölkə, Səudiyyə Ərəbistanı isə dost ölkədir və regional oyunçudur. Bizim bu ölkələrlə birgə layihələrimiz var. Ona görə də İran-Səudiyyə Ərəbistanı nə dərəcədə normal olarsa, daha geniş coğrafiyanı əhatə edə bilər. Bu baxımdan ölkəmiz də sözügedən əməkdaşlığı dəstəkləyir".

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 Noyabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see387

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see352

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see332

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see331

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see329

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see311

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see307

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see284

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see274

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see264

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see263

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see257

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see256

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see255

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see238

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see218

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see214

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see206

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri