Icma.az
close
up
RU
İRAN ZƏNGƏZUR DƏHLİZİ İLƏ “BARIŞDI” Paşinyanın vədləri molla rejimi üçün yetərli imiş

İRAN ZƏNGƏZUR DƏHLİZİ İLƏ “BARIŞDI” Paşinyanın vədləri molla rejimi üçün yetərli imiş

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

İran rejimi öncə Vaşinqtonda Azərbaycan və Ermənistan başçıları arasında Zəngəzur dəhlizi ilə bağlı əldə edilən razılaşmaya kəskin reaksiya versə də, getdikcə bu layihə ilə barışmaq məcburiyyətində qalır.

Əvvəlcə Xameneinin anti-Azərbaycan ruporu olan baş müşaviri Əli Əkbər Vilayəti Zəngəzurla bağlı hədə-qorxularla dolu sarsaq açıqlamalar verdi. Sonra fars rejiminin qatı mühafizəkar qanadının digər üzvləri də ona qoşularaq, buna bənzər bəyanatlar səsləndirdilər.

Lakin ardınca Prezident Məsud Pezeşkian bu məsələnin şişirdildiyini bildirərək, Zəngəzur dəhlizinin İranın maraqlarına zərbə vurmayacağını dedi. Lakin Prezidentin bu açıqlamasına yenə mühafizəkar qanadın xüsusilə də parlamentdə oturan təmsilçiləri sərt reaksiya verdilər və Pezeşkianı təslimçilikdə günahlandırdılar.

Nəhayət, bu gün İran XİN rəhbəri Abbas Əraqçi İran hakimiyyətinin Zəngəzur dəhlizi reallığı ilə barışmalı olduğunu etiraf edib. Əraqçi Vaşinqton razılaşması ilə bağlı deyib ki, ermənilər "İranı onun qırmızı xətlərinin qorunacağına əmin ediblər”. Sanki Zəngəzur dəhlizi İranın hansısa “qırmızı xəttini” tapdalayırmış və indi artıq tapdalamayacaq…

Əraqçi “Birinci Kanal”a müsahibəsində deyib ki, Ermənistan Azərbaycanla razılaşmanın detallarını Tehrana ətraflı izah edib. Onun sözlərinə görə, Baş nazir Nikol Paşinyan və erməni diplomatlar şəxsən İran rəhbərliyini əmin ediblər ki, İrana qarşı heç bir təhlükə yoxdur: “Zəngəzur dəhlizi layihəsi əvvəlcə təhlükəli dəhliz yaratmaq cəhdi hesab olunurdu, indi isə söhbət ancaq Ermənistanın suverenliyi altında olan, Amerikanın özəl şirkəti tərəfindən çəkilən yoldan gedir”. 

Sən demə, İrəvanın təminatlarına görə, sərhəddə Amerikanın hərbi və təhlükəsizlik strukturları olmayacaq və təhlükəsizliyi Ermənistan özü təmin edəcək. Maraqlıdır ki, bu zaman İranla sərhəddəki rus sərhədçilərinin taleyi necə olacaq.

O vurğulayıb ki, İran İrəvana öz narahatlığını bildirib, lakin ölkənin bütün “qırmızı xətləri”nin nəzərə alınacağına dair vədlər alıb.

Digər yandan, guya Ermənistanın vədləri olmasaydı, İran artıq ABŞ-nin birbaşa adı keçən Zəngəzur dəhlizində “daşı daş üstə qoymayacaqmış”.

Göründüyü kimi, fars rejimi özünün bu məsələdə məğlub kimi görünməməsi üçün “erməni qardaşları”nın xidmətindən istifadə edir. Yəni, Paşinyan hakimiyyətinin vədlərini öz cəmiyyətinə və regiondakı əlaltılarına ciddi arqument kimi sırıyır. Hansı ki, Zəngəzur dəhlizi ilə bağlı razılaşmada ABŞ şirkətlərinin bu layihədə iştirakı birmənalı olaraq yer alıb. Buna baxmayaraq, sən demə Ermənistan hökumətinin “vədləri” İrandakı rejimin ABŞ-nin Zəngəzurdakı varlığını görməməsi üçün yetərli imiş.

Belədə deyiblər ki, “adın nədir - “Mülayim”, “Sərt” olub nə… edəcəkdin ki?”…

AzPolitika.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 15 Avqust 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see300

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see218

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see172

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see165

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see156

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see151

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see150

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see149

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see147

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see147

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see142

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri