Icma.az
close
up
RU
Paşinyanın ad çılğınlığı: Zəngəzur dəhlizi Ermənistan üçün də əhəmiyyətlidir

Paşinyanın ad çılğınlığı: Zəngəzur dəhlizi Ermənistan üçün də əhəmiyyətlidir

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan və Ermənistan arasında gedən sülh danışıqları bölgə üçün yeni imkanlar açır. Xüsusilə Zəngəzur dəhlizi və TRIPP layihəsi iqtisadi və tranzit əlaqələrin inkişafı baxımından hər iki tərəf üçün əhəmiyyətlidir. Ermənistan Baş naziri Nikol Paşinyan da son açıqlamasında bu mövqeyi təsdiqləyərək bildirib ki, “Ermənistan ərazisində yalnız TRIPP və ya Sülh qovşağı layihəsi var”. Bu da tərəflərin birgə yaydığı məlumatda yer alıb.

Hazırda layihənin məzmunu üzərində iş gedir və proses Vaşinqton sülh bəyannaməsi çərçivəsində aparılır. Ermənistan daxilində siyasi və ictimai müqavimətə baxmayaraq, rəsmi İrəvanın bu istiqamətdə atdığı addımlar sülhün institutsional şəkildə qurulmasına töhfə verə bilər.


Siyasi analitik Tural İrfan Sherg.az-a açıqlamasında Ermənistan və Azərbaycan arasında gedən sülh prosesinin bir çox perspektivlər açdığını bildirib:


"Şübhəsiz ki, Zəngəzur dəhlizi Ermənistan üçün də əhəmiyyətlidir. Ad məsələsində Baş Nazir Paşinyanın müəyyən çılğınlıqları olsa da mahiyyəti etibarı ilə ümumi razılıq var və bu, rəsmiləşib. İqtisadi, ticari, tranzit əlaqələrin qurulması, kommunikasiyasının işə düşməsi-bölgə üçün inkişaf tempinin artması deməkdir. Dəhlizlə əlaqədar olaraq həm Ermənistan, həm də Azərbaycan işlər görür. Nəticələrin müsbət olacağı şübhəsizdir. Ermənistan ərazisində görüləsi işlərin davamiyyəti və sürətlənməsi mümkün layihələrin həyata keçirilməsinə yol aça bilər. Sülhün yekunlaşması üçün isə təbii ki, Ermənistan öz boynuna düşən vəzifələri icra etməlidir. İstər Türkiyə, istər Azərbaycan ilə qurulması mümkün olan əlaqələr və həyata keçirilməsi mümkün olan layihələrin təsdiqlənməsi və icrası şübhəsiz ki, yekun sülh təsdiq olunduqdan sonra mümkün olacaq". 


Ekspert Ermənistanın konstitusiyasında etməli olduğu dəyişikliyin vaxtını müəyyən etməli olduğunu vurğulayıb: 

"Görünür seçkilərin keçirilməsi üçün daxildə ehtimal olunan təhlükələrdən xilas olmaq üçün hazırda kilsə ilə bağlı problemlərin həlli üzərində hadisələr də cərəyan edir. Çünki Rusiya təsirində olan müxalifət və əsas din xadimləri sülh prosesini pozmaq yaxud maksimum ləngitmək istəyirlər. Seçkiyə qədərki proseslərə nəzərən münbit şəraitin mövcud olması naminə hazırda Ermənistan daxilində siyasi nəticələr ortaya qoyulmalıdır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:314
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Oktyabr 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri