Icma.az
close
up
RU
Menu

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

Damarları tıxananlar bu qidalardan imtina etsin

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

İRAN ZƏNGƏZUR DƏHLİZİ İLƏ “BARIŞIR”... Paşinyanın vədləri fars rejimi üçün yetərli imiş

İRAN ZƏNGƏZUR DƏHLİZİ İLƏ “BARIŞIR”... Paşinyanın vədləri fars rejimi üçün yetərli imiş

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

İran rejimi öncə Vaşinqtonda Azərbaycan və Ermənistan başçıları arasında Zəngəzur dəhlizi ilə bağlı əldə edilən razılaşmaya kəskin reaksiya versə də, getdikcə bu layihə ilə barışmaq məcburiyyətində qalır.

Əvvəlcə Xameneinin anti-Azərbaycan ruporu olan baş müşaviri Əli Əkbər Vilayəti Zəngəzurla bağlı hədə-qorxularla dolu sarsaq açıqlamalar verdi. Sonra fars rejiminin qatı mühafizəkar qanadının digər üzvləri də ona qoşularaq, buna bənzər bəyanatlar səsləndirdilər.

Lakin ardınca Prezident Məsud Pezeşkian bu məsələnin şişirdildiyini bildirərək, Zəngəzur dəhlizinin İranın maraqlarına zərbə vurmayacağını dedi. Lakin Prezidentin bu açıqlamasına yenə mühafizəkar qanadın xüsusilə də parlamentdə oturan təmsilçiləri sərt reaksiya verdilər və Pezeşkianı təslimçilikdə günahlandırdılar.

Nəhayət, bu gün İran XİN rəhbəri Abbas Əraqçi İran hakimiyyətinin Zəngəzur dəhlizi reallığı ilə barışmalı olduğunu etiraf edib. Əraqçi Vaşinqton razılaşması ilə bağlı deyib ki, ermənilər "İranı onun qırmızı xətlərinin qorunacağına əmin ediblər”. Sanki Zəngəzur dəhlizi İranın hansısa “qırmızı xəttini” tapdalayırmış və indi artıq tapdalamayacaq…

Əraqçi Birinci Kanala müsahibəsində deyib ki, Ermənistan Azərbaycanla razılaşmanın detallarını Tehrana ətraflı izah edib. Onun sözlərinə görə, Baş nazir Nikol Paşinyan və erməni diplomatlar şəxsən İran rəhbərliyini əmin ediblər ki, İrana qarşı heç bir təhlükə yoxdur: “Zəngəzur dəhlizi layihəsi əvvəlcə təhlükəli dəhliz yaratmaq cəhdi hesab olunurdu, indi isə söhbət ancaq Ermənistanın suverenliyi altında olan, Amerikanın özəl şirkəti tərəfindən çəkilən yoldan gedir”.

Sən demə, İrəvanın təminatlarına görə, sərhəddə Amerikanın hərbi və təhlükəsizlik strukturları olmayacaq və təhlükəsizliyi Ermənistan özü təmin edəcək. Maraqlıdır ki, bu zaman İranla sərhəddəki rus sərhədçilərinin taleyi necə olacaq?

O vurğulayıb ki, İran İrəvana öz narahatlığını bildirib, lakin ölkənin bütün “qırmızı xətləri”nin nəzərə alınacağına dair vədlər alıb.

Digər yandan, guya Ermənistanın vədləri olmasaydı, İran artıq ABŞ-nin birbaşa adı keçən Zəngəzur dəhlizində “daşı daş üstə qoymayacaqmış”.

Göründüyü kimi, fars rejimi özünün bu məsələdə məğlub kimi görünməməsi üçün “erməni qardaşları”nın xidmətindən istifadə edir. Yəni, Paşinyan hakimiyyətinin vədlərini öz cəmiyyətinə və regiondakı əlaltılarına ciddi arqument kimi sırıyır. Hansı ki, Zəngəzur dəhlizi ilə bağlı razılaşmada ABŞ şirkətlərinin bu layihədə iştirakı birmənalı olaraq yer alıb.

Buna baxmayaraq, sən demə Ermənistan hökumətinin “vədləri” İrandakı rejimin ABŞ-nin Zəngəzurdakı varlığını görməməsi üçün yetərli imiş. Belədə deyiblər ki, “adın nədir - “Mülayim”, “Sərt” olub nə… edəcəkdin ki?”.

C.Məmmədli

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 Avqust 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see201

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see186

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see179

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see166

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see146

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see144

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

13 Noyabr 2025 11:52see131

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see131

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

13 Noyabr 2025 09:20see131

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

13 Noyabr 2025 09:17see130

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see130

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see130

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see129

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see129

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see128

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see126

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see125

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

13 Noyabr 2025 08:31see125

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see125

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri