“İrana dərhal hücum etmək planımız yoxdur”
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
“İrana dərhal hücum etmək planımız yoxdur”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Financial Time” qəzetinə müsahibəsində deyib.
Tehranla münasibətlərin müsbət məcrada olduğunu bildirən Tramp Vaşinqtonun İrana hərbi hücum etmək üçün təcili planının olmadığını vurğulayıb.
ABŞ Prezidenti zərurət yarandığı təqdirdə hərbi əməliyyatlara hazır olduqlarını və İranla mövcud gərginliklə bağlı vəziyyətdən narahat olmadığını bildirib.
Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun mümkün hücumla bağlı verdiyi mesajlara da münasibət bildirib: “Biz hazırıq. Lazım gələrsə hərəkətə keçməyə hazırıq, lakin buna ehtiyac olmaya da bilər”.
Aralıq seçkilərdən sonra enerji qiymətlərinin sürətlə enəcəyini deyən Tramp hazırda Hörmüz boğazından daşınan neftin həcminin əvvəlki dövrlərlə müqayisədə artdığını qeyd edib. O, həmçinin ABŞ-nin İran limanlarına tətbiq etdiyi dəniz blokadasının Tehranı iqtisadi cəhətdən ciddi şəkildə məhdudlaşdırdığını söyləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 04 Noyabr 2026 07:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















