Icma.az
close
up
RU
İrana görə kirayə evlər BAHALAŞIR

İrana görə kirayə evlər BAHALAŞIR

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ və İran arasında artan gərginlik regionda iqtisadi proseslərə təsir edə biləcək ciddi amil kimi qiymətləndirilir. Xarici siyasi risklər adətən maliyyə bazarlarında dalğalanmalara səbəb olur ki, bu da öz növbəsində daşınmaz əmlak bazarına da təsir edə bilər.

Əgər İrandan qaçıb təhlükəsizliyini qorumaq istəyən vətəndaşlar Azərbaycana köç edərsə, bəzi bölgələrdə mənzil tələbatı artacaq və qiymətlərdə yüksəliş müşahidə oluna bilər. Əmlak eksperti Anar Nəsirov da mediaya açıqlamasında bildirib ki, böyük köç olarsa, mənzil qiymətləri qalxa bilər.

Bəs bu gözlənti nə qədər ciddi hesab oluna bilər?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Musavat.com-a deyib ki, ABŞ ilə İran arasında gərginliyin artması nəzəri olaraq regionda iqtisadi riskləri yüksəldə bilər, lakin daşınmaz əmlak bazarında ciddi və davamlı qiymət artımı üçün təkcə siyasi gərginlik kifayət etmir: “Əsas məsələ real miqyaslı və davamlı miqrasiya axınının olub-olmamasıdır. Əgər İrandan Azərbaycana kütləvi və uzunmüddətli köç baş verərsə, ilk mərhələdə satış qiymətlərindən daha çox kirayə qiymətləri reaksiya verəcək. Satış bazarında artımın hiss olunması üçün həm axının böyük olması, həm də alıcılıq qabiliyyətinin yüksək olması lazımdır.

Hazırkı mərhələdə belə bir köç ssenarisi ehtimal xarakterlidir. Kəskin hərbi eskalasiya və ya daxili sabitliyin pozulması olmadan milyonlarla insanın qısa zamanda yer dəyişməsi real görünmür. Bundan əlavə, köç edənlərin maliyyə imkanları da bazara təsiri müəyyən edir. Əgər gələnlər əsasən müvəqqəti sığınacaq axtaran və kirayəyə üstünlük verən şəxslərdirsə, satış qiymətlərində kəskin sıçrayış gözlənilmir.

Ona görə də gözlənti yüksək risk ssenarisinə bağlıdır, amma real və təsdiqlənmiş kütləvi axın olmadan əmlak bazarında böyük və davamlı bahalaşma ehtimalı hazırda aşağı qiymətləndirilə bilər. Qısamüddətli psixoloji təsir və spekulyativ qiymət artımı mümkündür, lakin bazarın struktur dəyişməsi üçün daha ciddi və uzunmüddətli amillər tələb olunur”.

İqtisadçı Natiq Cəfərli də hesab edir ki, hazırkı şəraitdə mənzil qiymətlərinin kəskin və davamlı artımı real görünmür. Onun sözlərinə görə, bazarda artım daha çox lokal amillərlə bağlıdır və ümumi iqtisadi göstəricilər qiymətlərin sürətli yüksəlişini dəstəkləmir.

Ekspert bildirir ki, əhalinin gəlirləri eyni templə artmadığı üçün alıcılıq qabiliyyəti məhduddur: “Son dövrlərdə xüsusilə paytaxtın mərkəzi hissəsində aparılan söküntü işləri nəticəsində kompensasiya alan vətəndaşlar yenidən mənzil bazarına yönəlirlər ki, bu da qiymətlərə müəyyən təzyiq yaradır. Digər mühüm məqam isə alternativ investisiya imkanlarının zəif inkişaf etməsidir”.

Onun fikrincə, ölkədə geniş və əlçatan maliyyə alətləri, sabit gəlir gətirən investisiya mexanizmləri kifayət qədər formalaşmayıb: “Bu səbəbdən vəsaiti olan şəxslər kapitalı qorumaq üçün daha çox daşınmaz əmlaka üstünlük verirlər. Mənzilin kirayəyə verilməsi də əlavə gəlir mənbəyi kimi cəlbedici sayılır”.

Bununla belə, iqtisadçı vurğulayır ki, xüsusilə Bakı bazarında qiymətlərin çox yüksələcəyi gözlənilmir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://moderator.az
archiveBu xəbər 05 Mart 2026 08:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri