DİQQƏT! Dollar BAHALAŞIR…
Icma.az, Tribuna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ iqtisadiyyatının digər iqtisadiyyatlardan daha güclü olduğunu göstərən qeyri-kənd təsərrüfatı məşğulluğu məlumatlarından sonra dolların bahalaşması davam edir.
Tribunainfo.az xəbər verir ki, dolları 6 əsas valyutaya nisbətdə ölçən dollar indeksi 0,22 faiz artaraq 109,91-ə yüksələrək 2022-ci ilin noyabrından bəri ən yüksək səviyyəyə yaxınlaşıb.
Avro dollar qarşısında 1,0208 səviyyəsini görərək 11 noyabr 2022-ci ildən bəri ən aşağı səviyyəyə düşüb.
Sterlinq borclanma xərclərinin artması və Böyük Britaniyanın maliyyə vəziyyəti ilə bağlı davam edən narahatlıqlar səbəbindən dollar qarşısında 1,2138-ədək olmaqla 14 ayın ən aşağı səviyyəsinə düşüb.
Digər tərəfdən, dollar yen qarşısında 0,18 faiz ucuzlaşaraq 157,4 səviyyəsində ticarət edilib. Yaponiya Mərkəzi Bankı (BOJ) rəsmilərinin bu ay keçiriləcək iclasda inflyasiya proqnozlarını artıra biləcəkləri və bunun faiz dərəcələrinin yenidən yüksəldilməsinə zəmin yarada biləcəyi barədə xəbərlərdən sonra yenin ucuzlaşması dayanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 13 Yanvar 2025 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















