Icma.az
close
up
RU
İranda Azərbaycan dilində nə orta, nə də ali məktəb var İrana cavab

İranda Azərbaycan dilində nə orta, nə də ali məktəb var İrana cavab

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi - Sərrafın hicab səbəbindən Azərbaycanda təhsil almaqda çətinlik çəkdiklərini iddia etdiyi qız tələbələri İran universitetlərinə dəvət etməsi Bakının etirazına səbəb olub. Azərbaycanın Elm və Təhsil Nazirliyi bu açıqlamanı ölkənin daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirib. Nazirlik, həmçinin İranda azərbaycanlıların ana dilində təhsil almaq hüququnun təmin edilmədiyinə diqqət çəkib.

Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan - İran parlamentlərarası işçi qrupunun üzvü Ceyhun Məmmədov bildirib ki, Azərbaycan dəfələrlə bu məsələdə öz mövqeyini ifadə edib və ölkənin kənardan dəstəyə ehtiyacı yoxdur:

“İran və ya başqa hər hansı ölkə Azərbaycanın daxili işlərinə qarışmamalıdır. Bizim kimin dəstəyinə və ya yardımına ehtiyacımız yoxdur. Azərbaycan öz tələbə və şagirdlərinə lazım olan təhsili verib və bundan sonra da verəcək. Bu gün İranda azərbaycanlı şagirdlərə öz ana dilində təhsil verilmir. Belə bir vəziyyətdə bu cür açıqlamaların səsləndirilməsi düzgün deyil və Azərbaycanın daxili işlərinə qarışmaqdır”.

C.Məmmədov qeyd edib ki, Azərbaycanla İran arasında münasibətlər uzun müddət gərgin olub, lakin sonradan normallaşma istiqamətində addımlar atılıb. Onun sözlərinə görə, hazırda heç bir tərəf münasibətlərin yenidən gərginləşməsinə səbəb olacaq addımlar atmamalıdır:

“Bu cür bəyanat və açıqlamalar yalnız münasibətlərimizə xələl gətirir. İran tərəfi belə bəyanatlara və açıqlamalara son qoymalıdır. İranın öz daxilində kifayət qədər problemləri var və həmin problemlərin həllinə çalışmalıdırlar. Bizə hansısa dəstək verməyə cəhd göstərməkdənsə, öz daxili məsələlərinin həlli ilə məşğul olmalıdır”.

Milli Məclisin Azərbaycan - İran parlamentlərarası işçi qrupunun digər bir üzvü Aydın Mirzəzadə  vurğulayıb ki, Azərbaycanda tələbələrin təhsil alması üçün heç bir maneə yoxdur və ölkənin təhsil sistemi beynəlxalq səviyyədə tanınır:

“Bu cür müraciət Azərbaycan suverenliyinə qarşı hörmətsizlikdir. Azərbaycanlı tələbələrin təhsil alması üçün heç bir maneə və problem yoxdur. Azərbaycan təhsili bu gün dünyada tanınan və artıq ad çıxarmış təhsildir. Artıq 7 universitetimiz ilk min universitet sırasındadır. Dünyəvi təhsilimiz Avropa standartlarına cavab verir. Tələbələrin bir qismini öz təhsilinə cəlb etmək istəyi daxili işlərimizə qarışmaq cəhdidir”.

A.Mirzəzadə qeyd edib ki, İranda azərbaycanlıların sayının çox olmasına baxmayaraq, Azərbaycan dilində təhsil verən orta və ali təhsil müəssisələri yoxdur.

“İranın özündə Azərbaycan dilində nə orta, nə də ali məktəb var. Halbuki əhalinin az qala yarısını azərbaycanlılar təşkil edir. Azərbaycanın öz məsələlərini həll etmək üçün kifayət qədər imkanları var. Başqa ölkələrdən suverenliyimizə hörmətlə yanaşmağı xahiş edirik”, - deyə deputat bildirib.

O əlavə edib ki, İranın xarici işlər nazirinin məsul olduğu sahədə həllini gözləyən kifayət qədər məsələlər var və nazirin diqqətini ilk növbədə həmin problemlərə yönəltməsi daha məqsədəuyğun olardı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Oktyabr 2026 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see331

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see316

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see309

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see308

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see289

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see280

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see275

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see266

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see254

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see241

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see240

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see240

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see237

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see236

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see232

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see230

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see222

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see201

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see185

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri