Icma.az
close
up
RU
İranda Azərbaycan dilində məktəblərin olmaması sual doğurur Dosent

İranda Azərbaycan dilində məktəblərin olmaması sual doğurur Dosent

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“İranda azərbaycanlıların sayı 40 milyona yaxındır və ölkədə Azərbaycan dilində məktəb yoxdur. Məsələni yalnız siyasi baxımdan təhlil etmək olmaz, burada mədəni əlaqələrdən söhbət gedir”.

Bunu Redaktor.az-a açıqlamasında Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və Tolerantlıq Fəlsəfəsi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Hüseyn İbrahimov bildirdi.

Onun sözlərinə görə, İranda yaşayan azərbaycanlıların öz dilində məktəblərinin olması İran-Azərbaycan əlaqələrində, xüsusilə mədəni münasibətlər baxımından mühüm məsələlərdən biridir:

“Çünki istənilən ölkədə həmin ölkədə yaşayan vətəndaşların dilində məktəblərin və müxtəlif mədəniyyət evlərinin olması mühüm əhəmiyyət daşıyır. Həmçinin İran bizə yaxın qonşu dövlətdir. İranda yaşayan azərbaycanlıların Azərbaycan dilində məktəblərinin olmaması isə sual doğurur. Bu baxımdan istər alimlər, istərsə də Elm və Təhsil Nazirliyi tərəfindən ünvanlanan müraciətlər həqiqəti əks etdirir.

Görünən odur ki, İran Prezidenti tərəqqiyə və inkişafa, əməkdaşlığa, mədəni əlaqələrə yer ayırmaq istəyən bir rəhbərdir. O, bu müraciətlərin nəzərə alınması istiqamətində konkret addımların müasir İranda atılması üçün müəyyən işlər görə bilər və görməlidir. Çünki indiki dünyada bütün bunlar olduqca vacib məsələlərdəndir. Bu məsələ yalnız İran-Azərbaycan əməkdaşlığı kontekstində deyil, həm də İran cəmiyyətinin makrostrukturunda yeni modernləşmənin və tərəqqinin göstəricisi kimi qiymətləndirilə bilər”.

Həmsöhbətimiz vurğuladı ki, ünvanlanan müraciətlər ikitərəfli əməkdaşlıq çərçivəsində yaxın gələcəkdə hədəflərin müəyyənləşdirilməsi və münasibətlərin aydınlaşdırılması baxımından həlledici rol oynaya bilər.

“Hazırda dövlətlər sosial strukturlarını cəmiyyətin müasir tələbləri səviyyəsində qurmağa cəhd edirlər və bu cəhdlər bütövlükdə cəmiyyətin xeyrinə olur. Burada ənənənin qorunması ilə yanaşı, modernləşmənin də aparılması vacib şərtlərdəndir. Dil məsələsi həm ənənəni, həm də modernləşməni əks etdirir”.

Hüseyn İbrahimov nəzərə çatdırdı ki, İranda Azərbaycan dilində məktəblərin açılması müasir İran cəmiyyətinin modernləşməsi və insanların sosial həmrəyliyinin təmin olunması baxımından çox vacib məsələlərdən biri ola bilər:

“Bu, İran-Azərbaycan, eləcə də digər türkdilli dövlətlərlə əlaqələr baxımından da mühüm rol oynaya bilər. Çünki mədəniyyətlər cəmiyyətləri bir-birinə yaxınlaşdırdığı kimi, dövlətlərarası münasibətlərə də müsbət təsir göstərir. Mədəniyyətlərin yaxınlaşması, dialoqu və kompromis axtarışı yolunda ən mühüm məsələlərdən biri məhz dil və mədəniyyət məsələsidir. İranda, Cənubi Azərbaycanda yaşayan 40 milyona yaxın azərbaycanlının öz dilində təhsil alması olduqca əhəmiyyətlidir. İran tərəfindən bu məsələ ilə bağlı müraciətlərə müsbət cavab verilməsini biz tədqiqatçılar da gözləyirik”.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 Oktyabr 2026 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri