Icma.az
close
up
RU
İranda niyə Azərbaycan dilində məktəblər AÇILMIR?..

İranda niyə Azərbaycan dilində məktəblər AÇILMIR?..

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İran İslam Respublikasının xarici işlər nazirinin konsulluq və parlament məsələləri üzrə müavini Vahid Cəlalzadə ötən həftənin cümə günü Azərbaycana səfər edib. O, dövlət və hökumət üzvləri ilə görüşüb.

Vahid Cəlalzadə daha sonra azərbaycanlı jurnalistlərlə bir araya gəlib. Modern.az-ın "yaxın gələcəkdə İranda Azərbaycan dilli məktəblərin açılması gözlənilirmi" sualına cavab verən diplomat qeyd edib ki, ölkə  konstitusiyasına görə, ana dilində tədris qanunidir.

Maraqlıdır, əgər belədirsə, onda indiyə kimi niyə İranda Azərbaycan dilində məktəb açılmayıb? Bəs Azərbaycan dilində məktəb açılması üçün hökumətə müraciətlər edilibmi, onlara necə reaksiya verilib?

Əslən Güney Azərbaycandan olan Günaz.TV-nin qurucusu və rəhbəri Əhməd Obalı bizimlə söhbətdə bildirib ki, İran rejimi farsçılıq üstündə qurulub və qanun olsa da-olmasa da, qeyri-fars millətlərə ana dili, milli kimliklə bağlı heç bir hüquq tanımaq istəmirlər:

“Hələ qərarı bir yana qoyun, heç məsələnin müzakirəsinə dözmürlər, bunu özlərinə təhlükə kimi qəbul edirlər. Səttar xan hərəkatı və inqilab zamanı ana dilində tədris məsələsi gündəmə gəlib. Lakin hər ikisində də məsələ alınmayıb. Ümumiyyətlə, bu məsələni müzakirəyə çıxarmaq istəmirlər. Yəni bu məsələnin müzakirəsini özlərinə milli təhlükə hiss edirlər. Hələ ilk belə müzakirə Sattar xan hərəkat zamanı olub.

Sattar xan zamanı federalizm kimi bir sistem yaranırdı. Adını da əyalət və vilayət əncümənləri qoydular. Əncümən, yəni Məclis yeriydi. Sovet dövründə Azərbaycanın özünün məclisi olduğu kimi, bir də ümumi Ali Məclis mövcud idi. İranda da elə bir sistem qurulacaqdı. Amma o da heç icra olunmadı. Behiştinin rəhbərlik etdiyi komissiya tərəfindən məsələyə baxılmış və Konstitusiyanın 15-ci maddəsində fars dilində də, ana dilində də oxuma hüququ təsbit olunmuşdu. Bəluclar Behiştidən soruşurdu ki, ana dilində tədris dövlət, yoxsa camaatın öz vəaiti hesabına olacaq? Behişti cavab olaraq demişdi ki, məktəblər dövlətin hesabına açılmalıdır. Bunların hamısı qanunda yazıldı. Təsəvvür edin, İran dünyada yeganə ölkədir ki, Konstitusiyanın tamamının icra olunmasını tələb edənləri həbs edir. Yəni biz əmələ baxmalıyıq. İndiyə qədər əməli olaraq hansı addım atılıb?

Biz bilirik ki, İranda farsçılıq qaldıqca, molla rejimi gedib yerinə şah gəlsin, fərqi yoxdur, ana dilində məktəb açılmayacaq”.

Ə.Obalı vurğulayıb ki, İranda kimsə Azərbaycan dilində məktəb açmaq üçün müraciət etsə, ona imkan verilməyəcək:

“Təbrizdə bir çox adamlar məktəb açmaq istədi. Məktəb də yox, ana dilində kurs açmaq istədilər. Ona da icazə verilmədi. Həsən Ağa Dəmirçi belə bir təşəbbüslə çıxış etmişdi, onun musiqi məktəbini də bağladılar. Dedilər ki, birdən sən burada musiqi məktəbi adı altında ana dili öyrədərsən. İran rejiminin bir siyasəti var. Sayca çox olduğumuza və dövlətçilik ənənələrimiz olduğuna görə, bizdən xüsusilə qorxurlar.

Farsçılıq irqçilikdir deyə onun adını irançılıqla əvəz edib öz siyasətlərini aparırlar. Sərçəni bəzəyib bülbülə bənzədiblər. Farsçılığın tarixən əsas bir düşməni var: türklər. Firdovsi "Şahnamə"sini bunun üzərində yazıb. "Şahnamə"nin bütün dastanlarının əsas məsələsi İran və Turan savaşı üzərindədir.

İndi bu irançılığın əsas düşməni türklər olduğu üçün hələlik bunlar Azərbaycanın üstünə kökləniblər. Azərbaycanı vurmaq, əzmək, dağıtmaq, mümkün qədər zəif saxlamağı düşünürlər. Hədəf Şimali və Cənubi Azərbaycan,  sonda isə Türkiyədir. Türkiyə güclüdür. İstəyirlər ki, Türkiyə və Azərbaycan Cənubi Azərbaycan üçün iki güclü dövlət kimi ilham nöqtəsi olmasın. Azərbaycan düşmənçiliyi buna görədir, yoxsa erməniyə-zada aşiq deyillər ki…

Biz onlara əsas düşmən sayılırıq. Onlar bizə heç bir zaman ana dilində nəinki məktəb, heç  kurs belə verməyəcəklər. İndi deyirlər ki, Təbriz Universitetində ana dilində kurs olsun. Ancaq o kursu çox cılız formada qoyublar. O dili mən fazəri adlandırıram. İnqilabın ilk ilindən erməni dilində, ingilis dilində, alman dilində kurs vardı. Amma Təbrizdə qoymurdular. İndi bizə minnət qoyurlar ki, Təbrizdə kurs var. Amma biz onu yox, ana dilində məktəbi istəyirik, yəni uşaqlıqdan başlayaraq, ana dilində öyrədilməlidir”.

Ə.Obalı 5 il bundan öncə İran tərəfinin qəbul etdiyi qərardan da danışıb:

“Dedilər ki, gərək uşaqlar fars dilində imtahan verələr. Əgər fars dilini mükəmməl bilmirsə, həmin uşağı zehni qüsurlu sayıb ona uyğun məktəbə yollamalıdırlar. Bunlar məcbur eləyirlər ki, analar, atalar evlərində uşaqları ilə farsca danışsınlar”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:351
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Yanvar 2026 09:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see327

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see309

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see298

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see285

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see279

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see275

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see265

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see247

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see245

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see239

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see238

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see237

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see236

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see231

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see225

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see224

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see217

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see193

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see186

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri