İranda dəhşətli qəza: 12 nəfər diri diri yandı VİDEO
Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dünən axşam saatlarında İranın Qaləgənc rayonunun Solan, Rəmişk yolunda “Peugeot Pars”, “Pride” və yanacaq daşıyan “Nissan”ın toqquşması nəticəsində 12 nəfər həyatını itirib, 1 nəfər yaralanıb.
Məlumata görə, “Peugeot Pars”da olan 8 nəfər Solan sakini, “Nissan”dakı 2 nəfər İranşəhər sakini və “Pride” avtomobilindəki 2 sərnişin ölüb. Qəzada yeganə sağ qalan yaralı şəxs “Pride”ın sürücüsü olub. Ölənlər arasında hamilə qadın da olub.
Görüntülər toqquşmanın şiddətini göstərir. Bir-birinə çırpılan avtomobillər qəflətən alışıb. Maşından çıxa bilməyən sərnişinlər diri-diri yanıb.
Rəsmi qurumlar 8 nəfər öldüyünü desə də, yerli mənbələr dəqiq sayın 12 olduğunu təsdiqləyir.
Solan, Rəmişk yolu işıqlandırmanın olmaması və yolun bərbad vəziyyəti səbəbilə tez-tez qəzalarla gündəmə gəlir.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 14 Noyabr 2025 11:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















