Icma.az
close
up
RU
“İranda dəyişimin rəsmiləşməsi ağrılı keçir” Partiya sədri

“İranda dəyişimin rəsmiləşməsi ağrılı keçir” Partiya sədri

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


“İranda baş verən hadisələr bir daha sübut etdi ki, Azərbaycanda qonşularımızı dərindən öyrənən “beyin mərkəzləri” yoxdur, mütəxəssislər çatışmır, ciddi analitik yazılar, çıxışlar az, emosional yanaşma isə həddən artıq çoxdur”.
Bakupost.az xəbər verir ki, bu sözləri “Real” Partiyasını sədri, iqtisadçı Natiq Cəfərli sosial şəbəkədəki paylaşımında yazıb.
Partiya sədrinin sözlərinə görə, biz Ermənistanı belə öyrənməmişdik (bu gün də öyrənmirik), sadəcə doğru zamanda, doğru qərarlarla Dövlət, Xalq və Ordu üzərinə düşən vəzifəni düzgün yerinə yetirdi və tarixi qələbəmiz rəsmiləşdi:
“İranda baş verənlərin səbəbləri, doğuracaq nəticələr, Azərbaycanın müxtəlif ssenarilərə hazırlığı, bu məsələyə Türkiyə ilə birgə baxışın formalaşması – bütün bunlar çox vacib məsələlərdir. Əminəm ki, dövlət institutları bu istiqamətdə müəyyən “səssiz” işlər görür, ola bilər ki, Bakı və Ankara ciddi müzakirə aparır, amma, Türkiyədə də, Azərbaycanda da bu məsələ ilə bağlı ictimai müzakirələrin keyfiyyəti çox aşağıdır”.
İqtisadçı bildirib ki. İranda iqtisadi böhrandan doğan, amma, kökündə siyasi problemlər duran bir proses gedir, ölkə dəyişib: “Sadəcə, indi bu dəyişikliyin sancılı rəsmiləşdirilməsi prosesi gedir və bu sürəc, bəlkə də, hələ bir neçə ay, il çəkəcək. İranda baş verənlər bir daha sübut edir ki, siyasi və idarəetmə islahatları olmadan iqtisadi problemləri həll etmək mümkün deyil.
İran böyük tarixə, ənənələrə malik coğrafiyadır, əslində, SSRİ-yə çox bənzəyir, hətta inqilab və sonrakı proseslər, demək olar ki, SSRİ ilə birə-bir eynidir. Çar Rusiyası dağılmağa başlayanda İmperiyanı ayaqda tutmaq, torpaqları yenidən bir bayraq altında birləşdirmək üçün ciddi bir ideyaya ehtiyac var idi. Bolşevik inqilabı, kommunizm ideologiyası Çar Rusiyasını başqa ideoloji çatı altında birləşdirmək əməliyyatı idi. Çarı Birinci Katib, kilsəni “raykomlar” əvəz elədi, populist şüarlar və sərt repressiyalar Çar Rusiyasını başqa adla bərpa etməyə imkan verdi. Amma bu süni və insan ruhuna zidd sistem cəmi 70 il sürdü, hətta 2-ci Dünya Müharibəsi olmasaydı, SSRİ daha tez dağılacaqdı, məhz bu müharibədən sonra “sovet xalqı” yarandı (yəni millət yox ümmət), daha 45 il SSRİ-nin ömrü uzandı, amma, bundan artığına gücü çatmadı, insanın təməl fəlsəfəsinə zidd sistem yerlə-bir oldu.

N.Cəfərlinin sözlərinə görə, 1979-cu ildə Şah rejimi yüz yerdən çat verdi, xalq ədalətsizlikdən bezmişdi, İranda ən güclü siyasi qüvvə “solçular” idi, dini çevrələr, sadəcə, yaxşı təşkilatlanmışdılar və şişirdilmiş, əfsanəvi liderləri var idi (elə SSRİ timsalındakı Lenin kimi): “Həmin vaxt İranın sərvətlərinə Britaniya nəzarət edirdi, Fransanı yaxın buraxmırdılar, Fransa da öz oyununu oynayıb əfsanəvi lideri daha da gücləndirdi, əslində, 1979-da İranda Britaniya və Fransa qarşıdurması idi, Fransa əfsanəni İrana öz qırıcıları ilə qaytardı (yenə Lenin misalında olduğu kimi – Leninə də Almaniya ciddi dəstək olmuşdu).
1979-da inqilabı “solçular” etdi, amma, daha yaxşı təşkilatlanmış dini çevrələr boş qalmış hakimiyyəti götürə bildilər və ilk böyük repressiyalar da məhz “solçulara”, Tudə Partiyasına qarşı oldu (yenə SSRİ misalı, inqilabda “eserlər” və “menşeviklər” ciddi rol oynadılar, amma təşkilatlanmış və ciddi xarici dəstəyi olan bolşeviklər hakimiyyəti götürdülər, sonra ilk seçkini uduzan kimi repressiyalara başladılar – tarixdə adı “qırmızı terror” kimi qaldı). O zaman islam inqilabından sonra, İranın “dərin dövləti” İran parçalanmasın deyə yeni ideya, yeni insan tipi yaratmağa başladı, millət anlayışını ümmət qavramı ilə əvəz etdi. Məhz yeni ideologiya və terror İranı parçalanmaqdan qorudu”.
“Bu gün baş verən proseslərdə bir ana xətt açıq görünür – İran dəyişib, dəyişimin rəsmiləşməsi isə çox sancılı və ağrılı prosesdir. İranda Şah tərəfdarlarının əsas qayəsi ölkəni parçalanmaqdan qorumaqdır, nə vaxt ki, parçalanmaq məsələsi aradan qalxacaq, İranda proseslər yekunlaşıb sistem dəyişikliyi rəsmiləşəcək – bu tez də ola, amma, illərə də yayıla bilər.
Gördüyüm odur ki, nə Avropa, nə də ABŞ İranın parçalanmasını istəmir, bu prosesin böyük xaosa yol açacağını düşünür, ona görə də, İranı birləşdirəcək yeni fiqur və ideya axtarışı davam edir - əgər tapmasalar, indiki sistemlə, amma, təkamül yolu ilə, zamana yayılaraq dəyişən sistemlə yola davam etməkdə maraqlı olacaqlar...”, – deyə Natiq cəfərli fikrini yekunlaşdırıb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 10 Yanvar 2026 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri