Icma.az
close
up
RU
“İranda bu prosesin geri dönüşü yoxdur” Partiya sədrindən QAYNAR açıqlamalar

“İranda bu prosesin geri dönüşü yoxdur” Partiya sədrindən QAYNAR açıqlamalar

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Moderator.az xəbər verir ki, Musavat.com-un “Üç sual, üç cavab” layihəsində sualları Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin sədri Natiq Cəfərli cavablandırıb. Partiya sədri İranla bağlı son məsələlərə münasibət bildirib. Müsahibəni təqdim edirik:

- Natiq bəy, prezident Pezeşkian təsdiqlədi ki, ABŞ-la dialoqa başlamağı xarici işlər naziri Əraqçiyə tapşırıb. Rejim bu dəfə də varlığını qoruya bildimi?

- İrandakı mövcud siyasi rejim varlığını əvvəlki kimi qoruya bilmir. Bu illər ərzində ölkə xeyli dəyişib və köhnə qaydalarla idarə etmək mümkün olmur. Sadəcə, İran kimi dövlətdə proses sancılı keçir. Çünki ideoloji və dini çevrələr yox, iqtisadi maraq qrupları proseslərə təsir baxımdan daha ağır basır. Hazırda iqtisadi maraq qruplarından biri xüsusi xidmət orqanlarıdır və ölkənin əksər hissəsinə nəzarət edirlər. Amma İrandakı gündəlik həyat tərzində dəyişikliklər baş verir. Sadəcə, rejimin tam çöküşü üçün prosesin başa çatması zaman tələb edir. Tehran da yaxşı dərk edir ki, Birləşmiş Ştatlarla dialoqa getməsə, İran özünü qalib elan edə bilməyəcək. Eyni zamanda, İrana hərbi müdaxilə olarsa, xalq artıq onu dəstəkləməyəcək. İran rəhbərləri bunu bilir. Əvvəllər xarici müdaxilələr olanda hakimiyyət həmişə insanları öz ətrafında birləşdirirdi. İndi o da keçərli deyil. Çünki minlərlə insan həlak olub. Üstəlik, İran ənənələrə sadiq ölkədir. Ona görə də həlak olanların 40 mərasimində yenidən böyük etirazlar gözlənilir. Odur ki, İran ABŞ-la danışıqlarda güzəştə getməyə məcburdur. İstənilən halda, İranda dəyişiklik sürətlə gedəcək və ABŞ siyasi elitadan hansısa qüvvələrlə separat danışacaqlar aparacaq. Məncə, məhz siyasi elitanın içindən bir qrupa dəstək verməklə İranda dəyişikliyin son akkordlarını vurmaq mümkün olacaq.

- Minlərlə insanın ölümündə Trampın da məsuliyyət payı varmı? Çünki “Binaları tutub, biz də gəlirik” demişdi, amma gəlmədilər..

- Burada siyasi məsuliyyətdən söhbət gedə bilər. Amma etirazların səbəbi ABŞ deyil, İranın iqtisadi problemləridir. İranın büdcəsi öz siyasi səhvləri ucbatından Türkiyədən 9 dəfə azdır. İqtisadi çətinlikləri isə Tramp İrana yaratmayıb. O baxımdan, bu məsələdə siyasi və mənəvi məsuliyyətdən danışmaq olar. Əsas cavabdeh İrandakı rejimdir. Artıq geri dönüşü olmayan bir dəyişikliyin əsası qoyulub. Sadəcə, hazırda İranda dəyişikliyi həyata keçirəcək strukturlar yoxdur. Belə şəraitdə isə şah tərəfdarları və ümumən xaricdəkilər önə çıxmağa çalışır. İranın daxilində nəzarət edəcək qrupların olmaması bu prosesin uzanmasına səbəb ola bilər.

Eyni zamanda, Tramp administrasiyası əvvəlki hökumətlərin keçmiş səhvlərindən nəticə çıxarır. Məsələn, İraqa hərbi müdaxilə səhv idi və ABŞ bu ölkədə illər ərzində 5 milyard zərər etdi. Ən vacib məqam odur ki, bu hücum bölgədə İranın güclənməsinə səbəb oldu, Tehran Bağdadda təsirini artırdı, Yaxın Şərqdə proksi qüvvələr formalaşdırdı. Bu nöqteyi-nəzərdən daxildə elit qruplar arasında parçalanma yaranmasa və məsuliyyəti üzərinə götürən bir avanqard güc meydana çıxmasa, İrana kənardan müdaxilənin təsiri olmayacaq.

- Bəs bu proseslərdə rəsmi Bakının hansı rolu oldu? Yəni Əliyev Pezeşkiana zəng etdi, İsrail və İran diplomatları ölkəmizdə oldular...

- Azərbaycan təbii ki, İranda iç xaosun yaranmasında maraqlı deyil. Orada yaşayan milyonlarla azərbaycanlı var və Suriya kimi İranın daxilində də qarışıqlıq olsaydı, ölkəmizə təsir edəcəkdi. Ona görə Azərbaycan da bu proseslərdə müəyyən rol oynamağa çalışır. Amma gələcəkdə İranda ola biləcək dəyişikliklərlə bağlı öz strategiyamız olmaldır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:55
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Fevral 2026 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see253

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see252

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see241

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see210

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see199

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see178

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see175

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see167

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see159

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see150

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see149

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri