İranda etirazçıya ölüm cəzası təhlükəsi: İşgəncə iddiaları var
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İranda həbs edilən etirazçı ölüm cəzası ilə üz-üzədir.
Redaktor.az "Iran International"a istinadən xəbər verir ki, İsfahanda saxlanılan 33 yaşlı etirazçı Babək Xarbo ölüm cəzasına səbəb ola biləcək ittihamlarla üzləşir.
Bildirilib ki, bu barədə onun ailəsinə yaxın mənbə məlumat verib. Məlumata görə, Xarbo fevral ayında Diziçe şəhərində həbs edilib və hazırda Dəstgerd həbsxanasında vəkillə əlaqə imkanı olmadan saxlanılır.
Qeyd olunub ki, saxlanıldıqdan sonra onun dindirilmə zamanı işgəncəyə məruz qaldığı iddia edilir. Həmçinin ailəsinə onun azadlığa buraxılması istiqamətində addım atmamaq barədə xəbərdarlıq edildiyi bildirilir.
Məlumata görə, Babək Xarbo yanvar ayında keçirilən etirazlar zamanı həyatını itirən 20 yaşlı Əlirza Xarbonun əmisi olub. Mənbələrin iddiasına əsasən, Əlirza etirazlar zamanı güllələnib, daha sonra həbsdə ölüb və cəsədi çoxsaylı güllə yaraları ilə ailəsinə təhvil verilib.
Bildirilib ki, eyni hadisələr zamanı azı üç etirazçı daha həyatını itirib.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 23 Aprel 2026 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















