Görünür, böyük güclər dünyada bunun üzərində bir konsesusa gəlmişdilər Prezident
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Son illərdə əsas məqsəd Azərbaycanın ərazi bütövlüyünün bərpası, Ermənistan tərəfindən işğal edilmiş ərazilərin azad edilməsi olub.
"AzPolitika" xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib.
Dövlət başçısı deyib ki, illər ərzində danışıqlar hər hansı nəticəyə gətirib çıxarmadı və əslində, danışıqlar formatı elə bir şəkildə idi ki, nəinki münaqişə həll olunmasın, hətta o dondurulmuş vəziyyətdə qalsın:
"Görünür, böyük güclər dünyada bunun üzərində bir konsesusa gəlmişdilər. Lakin onlar Azərbaycan xalqının və hökumətinin planları və ideyaları ilə münasibətdə səhv hesablamalar aparmışdır. Çünki biz işğal olunmuş ölkə kimi insanlarımızın adi insan hüquqlarının pozulması ilə heç vaxt barışmayacaqdıq, onlar bunu bilməli idi".
Prezidentin sözlərinə görə, Azərbaycan heç vaxt ümidini itirməyib:
"Biz görürdük ki, danışıqlar heç bir nəticəyə aparmır və biz səylərimizi göstərmək fikrinə gəldik, BMT-nin nizamnaməsinə, 51-ci maddəsinə, yəni özünümüdafiə hüququna əsaslanaraq düşməni məğlub etdik. Bununla da illərlə işğal altında olan ərazilərimiz azad edərək beynəlxalq hüququ bərpa etdik. Biz öz gücümüz hesabına BMT-nin TŞ 1993-cü ildə qəbul etdiyi qətnamələrin icrasını həyata keçirdik. Orada Ermənistan qüvvələrinin bizim torpaqlardan tam çəkilməsi tələb olunurdu ki, bu sadəcə kağız üzərində qalırdı".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 27 Oktyabr 2026 10:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















