İranda gərginlik PİK HƏDDƏ Xalq və hökumət qüvvələri arasında silahlı toqquşmalar BAŞLADI VİDEO
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İranda günlərdir davam edən etirazlar artıq pik həddinə çatıb.
Bizim.Media xəbər verir ki, narazı xalq kütlələri ölkənin hər tərəfində aksiyalara başlayıblar.
İri şəhərlərlərdə gecə-gündüz aksiyalar keçirən vətəndaşlar – ziyalılar, tələbələr, fəhlələr, sənətkarlar bir araya gələrək rejim və idarəçilik əleyhinə şüarlar səsləndirirlər. Hökumətə qarşı etirazlar dərinləşir, insanlar cəsarətlə "Xameneyiyə ölüm olsun, diktatora ölüm olsun!" şüarları səsləndirirlər.
Xalqın etirazını görən prezident Məsud Pezeşkian Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri ilə görüşdə "Əgər onlar haqlıdırlarsa və biz günahkarıqsa, özümüzü düzəltməyə çalışacağıq", - deyib.
Tehran və Qum şəhərlərində isə polis küçələrə axışmış insanlara qarşı zorakılıq edir. Tehranın Narmək bölgəsində etiraz aksiyasına qoşulan qadın repressiv hökumət qüvvələri tərəfindən həbs edilib.
Qeyd edək ki, İranda xalq etirazlarının altıncı günüdür. İranın repressiv hökumət qüvvələrinin ölkənin müxtəlif şəhərlərində etirazçılara hücumları zamanı bir neçə dinc vətəndaş öldürülüb.
Etirazçı xalq kütlələri Mərvdəşt şəhər polis idarəsinin qarşısında toplaşaraq repressiv hökumət qüvvələrinə qarşı mübarizəyə başlayıblar.
Repressiv qüvvələr tərəfindən öldürülmüş nümayişçilərin dəfn mərasimlərində də xalq öz narazılığını bildirib. Mərvdəştə öldürülmüş Xodadad Şirvaninin dəfn mərasimində iştirak edənlər “Top, tank, silah ola, molla gərək yox ola” şüarları səsləndiriblər.
Eyni zamanda, İsfahan əyalətində öldürülmüş etirazçı Dariuş Ənsarinin dəfn mərasimində də iştirakçılar “Xameneiyə ölüm olsun” deyərək rejim əleyhinə etirazlarını nümayiş etdiriblər.
Dünən isə Azna şəhərində keçirilmiş etiraz aksiyaları zamanı 28 yaşlı hüquqşünas Əhmədrza Amani təhlükəsizlik qüvvələri tərəfindən açılan atəş nəticəsində həyatını itirib.
Ailəyə yaxın mənbələrin bildirdiyinə görə, mərhumun nəşi hələ də ailəsinə təhvil verilməyib.
Bu da etirazçıların daha da hiddətlənməsinə səbəb olub.
Şəfiqə Şəfa, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 03 Yanvar 2026 10:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















