Icma.az
close
up
RU
İranda hicabla bağlı qərarın pərdəarxası “Qanun ləğv olunmayıb, icrası dayandırılıb“ Əfşar Süleymani

İranda hicabla bağlı qərarın pərdəarxası “Qanun ləğv olunmayıb, icrası dayandırılıb“ Əfşar Süleymani

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İranda məcburi hicabın ləğvi ilə bağlı qərar həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə müxtəlif reaksiyalar doğurub. Prezident Məsud Pezeşkianın dəstəklədiyi bu addım bir çoxları tərəfindən “46 ilin inqilabı” kimi qiymətləndirilir. Bəziləri bunu azadlığa doğru atılmış cəsarətli addım hesab edir, digərləri isə hökumətin beynəlxalq təzyiqləri yumşaltmaq məqsədi ilə atdığı taktiki qərar kimi dəyərləndirir.

Mövzu ilə bağlı İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymaninin Moderator.az-a müsahibəsini təqdim edirik:

- İranda məcburi hicabın ləğvi ilə bağlı qərar ölkə daxilində və xaricdə fərqli reaksiyalar doğurdu. Sizcə, bu qərarın pərdəarxasında hansı səbəblər dayanır?

- İranda hicabla bağlı məsələ belədir ki, bu barədə qanun artıq İran Şura Məclisində qəbul olunmuşdu. Lakin İran qanunvericiliyinə görə, məclisdə qəbul edilən qanunların qüvvəyə minməsi üçün “Şurayi Nigəhban” (Mühafizəçilər Şurası) tərəfindən də təsdiqlənməsi lazımdır. Həmin qanun təsdiq olunmuşdu və bu proses Prezident Məsud Pezeşkianın seçkilərdə qələbə qazandığı ərəfəyə təsadüf etdi.

Əgər Pezeşkian deyil, məsələn, Səid Cəlili kimi daha sərt xətt tərəfdarı bir namizəd prezident seçilsəydi, vəziyyət tamamilə fərqli olardı. Çünki onlar fərqli ideoloji komandaya mənsubdurlar və hicab qanununun icrası çox sərt şəkildə davam etdiriləcəkdi.

Qanun qəbul olunduqdan sonra prezident onun icrası üçün fərman verməlidir. Bu addım bir ay ərzində atılmasa, qanunun icrasını Məclisin sədri təmin edir. Lakin bu məsələdə başqa bir amil də rol oynadı — İranın Ali Milli Təhlükəsizlik Şurası. Bu qurumun qərarları bəzən məclisdən belə yüksək sayılır. Çünki Şuranın başında prezident dursa da, onun qərarları yalnız ölkə rəhbərinin təsdiqi ilə qüvvəyə minir.

Məhz bu qurum hicabla bağlı qanunun icrasının dayandırılması barədə qərar qəbul edib. Yəni qanun ləğv olunmayıb, sadəcə onun icrası müvəqqəti olaraq dayandırılıb. Məclisin bəzi üzvləri – xüsusilə sərt xətt tərəfdarları bu qərara etiraz etsələr də, Məclis sədri bildirib ki, bu, Ali Təhlükəsizlik Şurasının qərarıdır və hələlik qanun icra edilməyəcək. Bu o demək deyil ki, qanun ləğv olunub və ya dəyişdirilib. Sadəcə, onun tətbiqi qeyri-müəyyən müddətə dayandırılıb. Nə vaxta qədər bu qərarın qüvvədə qalacağı isə hələlik bilinmir.

- Prezident Məsud Pezeşkianın bu məsələyə münasibəti daha yumşaq və mədəni xarakter daşıyır. Sizcə, onun bu mövqeyi ölkə daxilində hansı təbəqələrin dəstəyini və ya narazılığını doğura bilər?

- Hazırda hicab qanununun icrası dayandırılıb. Bu məsələ təkcə bu günün hadisəsi deyil – son üç ildə də bu istiqamətdə müxtəlif müzakirələr və etirazlar baş verib. Prezident Pezeşkianın da mövqeyi bundan ibarətdir ki, hicab zorla tətbiq edilə biləcək məsələ deyil. Bu, dini və mədəni dəyərlərlə bağlı bir məsələdir və zorakılıqla həll edilə bilməz.

İranda bu məsələdə fikir ayrılığı var. Bəzi din xadimləri hesab edir ki, hicab İslamda vacibdir və dövlət onun icrasına nəzarət etməlidir. Digərləri isə bildirir ki, İslamda hicab vacib olsa da, onun məcburi şəkildə tətbiqi Quranda və hədislərdə göstərilməyib. Onların fikrincə, hicab insanın öz vicdanı və inancı ilə bağlı bir seçimdir, dövlətin zor tətbiq etməsi isə İslamın mahiyyətinə ziddir.

Məsələn, heç kim insanı zorla namaz qılmağa və ya oruc tutmağa məcbur etmir. Eyni yanaşma hicaba da şamil olunmalıdır. Əlbəttə, ictimai yerlərdə müəyyən davranış qaydalarına əməl olunması vacibdir, lakin bu, insanların şəxsi azadlığına zidd olmamalıdır.

- Sizin fikrinizcə, hicab məsələsinin həlli üçün referendum keçirilməsi nə dərəcədə real və məqsədəuyğundur?

- Bəzi din xadimləri və siyasətçilər hesab edirlər ki, hicab məsələsinin həlli üçün ən ədalətli yol xalqın iradəsinə əsaslanan referendum keçirilməsidir. Bu zaman vətəndaşlar sərbəst şəkildə öz fikirlərini ifadə edə bilərlər — yəni nə hicablı, nə də hicabsız olmağa məcbur edilməzlər.

Mənim fikrimcə, bu qərarın arxasında gizli siyasi plan yoxdur. Sadəcə, İslam Respublikasının yaranmasından 47 il keçdikdən sonra İran cəmiyyəti bu məsələnin zorla həll olunmayacağını anlayıb. İndi daha çox mədəni və maarifləndirici yollarla bu məsələyə yanaşmaq cəhdləri müşahidə olunur.

- İranın tarixində həm hicabın qadağan olunması, həm də məcburi tətbiqi dövrləri olub. Bu təcrübələrdən cəmiyyət hansı nəticəni çıxarmalıdır?

- Prezident Məsud Pezeşkian seçki kampaniyası zamanı da dəfələrlə bildirmişdi ki, hicab məsələsinə zorakılıqla deyil, mədəni yanaşmaq lazımdır. Onun fikrincə, bu, insanların şəxsi inancına və ictimai mühitin dəyərlərinə bağlı bir mövzudur.

Məsələn, Türkiyədə vəziyyət buna yaxşı nümunədir – orada hicab məcburi deyil, amma hicablı qadınların sayı az deyil, əksinə, getdikcə artır. Televiziyalarda hicablı aparıcılar çıxış edir, müxtəlif verilişlərdə başörtüsü təbliğ olunur, lakin bu, könüllü şəkildə həyata keçirilir.

İranda da keçmişdə bu sahədə müxtəlif təcrübələr olub. Məsələn, Rza şah dövründə qadınların çadra və ya hicab taxması qadağan edilmişdi, amma bu qərar da cəmiyyətdə müqavimətlə qarşılanmışdı. Göründüyü kimi, istər hicabın qadağan olunması, istərsə də onun məcburi tətbiqi nəticə vermir. Hicab məsələsi insanların inancına, mədəni mühitə və sosial rifahına bağlı bir məsələdir. Əgər ölkədə iqtisadi vəziyyət, insan haqları və ədalət normal şəkildə təmin olunsa, insanlar da öz seçimlərində daha təbii davranarlar. Zorakılıqla bu sahədə heç bir nəticə əldə etmək mümkün deyil. Aparılan bəzi sorğular da göstərir ki, əhalinin böyük hissəsi hicab məsələsinin azad seçim prinsipi əsasında tənzimlənməsinin tərəfdarıdır. Mənim qənaətimcə, zorla tətbiq olunan heç bir dini və ya mədəni norma uzunömürlü ola bilməz. Ən doğru yol azadlıq, qarşılıqlı hörmət və maarifləndirmədir.

Mehin Mehmanqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:48
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Oktyabr 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see192

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see187

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see187

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see183

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see176

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see165

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see151

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see148

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see137

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see135

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see125

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see125

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri