İranda “Mossad”ın 6 agenti həbs edildi
Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İranın Həmədan əyalətinin Resen və Nəhavənd şəhərlərində İsrail kəşfiyyat xidməti “Mossad”ın göstərişi ilə fəaliyyət həyata keçirən 6 nəfər həbs edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
“Bu muzdlular kiberməkanda məqsədyönlü hərəkətlər edərək, İsrail agentləri ilə ünsiyyət quraraq, ictimai iğtişaşlar törətməyə, İran rejiminin imicini ləkələməyə və məhv etməyə cəhd göstəriblər. Lakin onların hərəkətlərinin qarşısı vaxtında əldə edilən kəşfiyyat məlumatları ilə alınıb”, – məlumatda bildirilib.
Baxış sayı:112
Bu xəbər 24 İyun 2025 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















