İranda ölümə məhkum olunan siyasi məhbuslar xalqı edamlara qarşı çıxmağa çağırıblar AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
İranda edama məhkum olunmuş altı siyasi məhbus qərarın ləğvinə qarşı çıxmaq üçün müraciət edib.
“Report” xəbər verir ki, məlumatı “ir.voanews.com” yazıb.
Məlumata görə, hakim İman Əfşari altı siyasi məhbus - Əkbər Daneşvarkar, Məhəmməd Taqvisandehi, Babək Əlipur, Puya Qubadi, Vaid Bəni Əmirian və Əbülhəsən Müntəzir barəsində ölüm hökmü çıxarıb. Onlar “dövlətə xəyanətdə” ittiham olunublar. Bildirilib ki, daha iki siyasi məhbus müxtəlif müddətə azadlıqdan məhrum edilib. Edam hökmü çıxarılan məhbuslar həbs olunduqları gündən hakimiyyətin onların hüquqlarını pozduğunu, işgəncəyə məruz qaldıqlarını bildiriblər. Məhkumlar qeyd ediblər ki, həbs edilən zaman onlarla qəddarcasına davranıblar: “İşgəncələr, qəddar davranış isə sənədləşdirilməyib”.
Məhbuslar müraciətdə “İranın məzlum xalqından” bütün siyasi və qeyri-siyasi məhbuslar barəsində çıxarılan edam hökmlərinə qarşı çıxmağı istəyiblər.
Müraciətə Tehrandakı Evin adlı həbsxanadan 40-dan çox siyasi məhbus da qoşulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 06 Dekabr 2024 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















