Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İranda siyasi qarşıdurma: Pezeşkianı devirmək planı işə düşüb

İranda siyasi qarşıdurma: Pezeşkianı devirmək planı işə düşüb

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İranın daxili siyasətində uzun illərdir davam edən mühafizəkar–islahatçı qarşıdurması hazırda yeni bir gərginlik mərhələsinə qədəm qoyub. Prezident Məsud Pezeşkianın hakimiyyətə gəlişindən sonra başlayan islahatyönümlü mesajlar, xüsusilə sosial və mədəni azadlıqlar sahəsində atmaq istədiyi addımlar ənənəvi siyasi quruluşun dayaqları hesab olunan mühafizəkar dairələrdə narazılıq doğurub.

Bu narazılıq təkcə siyasi bəyanatlarla məhdudlaşmır, ölkənin ən güclü güc strukturlarından biri sayılan SEPAH-a (İslam İnqilabı Keşikçiləri Korpusu) yaxın media orqanları demək olar ki, hər gün Pezeşkianı hədəf alan yazılar dərc edir.

Gərginliyin ən bariz nümunələrindən biri hicab məcburiyyəti ətrafında gedən müzakirələrdir. Pezeşkian qadınların geyim azadlığı ilə bağlı mövcud məhdudiyyətlərin yumşaldılması tərəfdarıdır. O, bu sahədə daha liberal yanaşma təklif etsə də, mühafizəkar qanad bunu “İslam dəyərlərinin aşındırılması” kimi qiymətləndirir. 

Qarşıdurma yalnız daxili siyasətlə məhdudlaşmır. Xarici siyasətdə, o cümlədən Azərbaycanla münasibətlərdə də tərəflər arasında ciddi fikir ayrılıqları müşahidə olunur. Mühafizəkar dairələr daha sərt, ideoloji mövqeləri müdafiə edir, Pezeşkian isə qarşılıqlı əməkdaşlıq və dialoqa üstünlük verir. Bu ziddiyyətlər zaman-zaman dövlətin rəsmi mövqeyində ikili ton yaradır.

İranda belə gərgin siyasi mühitin hansı sonluğa gətirib çıxaracağı sual altındadır. Analitiklərin bir qismi bu qarşıdurmanın rejimin bütövlükdə zəifləməsi və hətta çökməsi ilə nəticələnə biləcəyini istisna etmir. Digərləri isə prosesin Pezeşkianın vaxtından əvvəl hakimiyyətdən uzaqlaşdırılması ilə bitəcəyini ehtimal edir. 

Modern.az-a açıqlamasında sabiq diplomat Nəsib Nəsibli də bildirib ki, İranda mühafizəkarlarla islahatçılar arasında şiddətli mübarizə gedir:

"İslahatçı qanad İranın bu şəkildə irəli getməsinin mümkün olmadığını deyir. Belə olan halda partlayışlar olacaq və İran bir dövlət olaraq xəritədən silinəcək. Bunu, onsuz da Prezident Pezeşkian Nyu-York-da dedi. Bildirdi ki, milli azlıqların hüquqları onlara verilməsə, İran 6-7 dövlətə bölünəcək. Bundan artıq xəbərdarlıq olmaz. Amma mühafizəkar qanad elə dediyinin üstündədir. Çünki 46 il əvvəl qurulmuş rejimin dəyişməz olaraq həyatını davam etdirəcəyinə inanırlar. Bu da onların inancıdır. Rejimin başında mövcud konstitusiyada ali rəhbər, ya da vilayəti-fəqih dedikləri şəxs dayanır. Xameneinin yanında olanlar da, adətən, mühafizəkar qanadı müdafiə edən şəxslərdir. Bunların sırasında xarici siyasət üzrə müşavir Vilayəti də var. Mühafizəkar qanadın islahatçılarla baxışları bütün həyati məsələlərdə fərqlənir. İki qrup arasında olduqca şiddətli mübarizə gedir. Milli Şura məclisində çox kəskin mübahisələr filan olur.  Bu mübahisələr hələ küçələrə sızmayıb. Ola bilsin ki, bu mübahisələr sabah özünü küçələrdə də göstərəcək. Xatırlatmaq istərdim ki, Sovet İttifaqının dağılmasında ən önəmli rolu SSRİ konstitusiyasının 6-cı maddəsinin dəyişdirilməsi oynayıb. 6-cı maddədə belə bir bənd vardı: "Ölkədə hərəkətverici qüvvə Kommunist Partiyasıdır". Həmin maddə götürüləndən sonra çözülmə prosesi başladı. Az müddətdən sonra o boyda imperiya çökdü. İndi İranda da ən önəmli məsələ Vilayeti-Fəqih məsələsidir. Bu da yanlış olmasın mövcud konstitusiyasının 9-cu maddəsində öz əksini tapıb".

Pezeşkian əvvəlkilərin acı taleyini yaşamaq istəmir

N.Nəsibli vurğulayb ki, reformist prezidentlər bu 9-cu maddənin konstitusiyadan götürülməsi ilə bağlı əvvəllər fikir bəyan ediblər:

"Onların buna görə Xamenei ilə münasibətləri çox pozuldu. Əslində, onlar işləyə bilmədilər. Doğru-dürüst iş də görə bilmədilər. Pezeşkian özündən əvvəlkilərin başına gələnlərdən dərs alaraq, deyir ki, mən vilayəti fəqihlə bir yerdə işləyəcəm, bütün qərarlarımızı onunla razılaşdırıb, addım-addım irəli gedəcəyik. Xüsusilə hərbçilər, hüquq-mühafizə orqanları birbaşa bu şəxsə bağlıdır. Belə olan halda rəhbərlə kəllə-kəlləyə gəlmək ən azından Pezeşkianın baxışına görə effektiv deyil. Ona görə də Pezeşkian tez-tez vilayəti fəqihin sözlərindən kənara çıxmayacağını, onunla məsləhətləşəcəyini deyir. Eyni zamanda onun mövqelərini üzdə müdafiə edir. Amma fikirləri vilayəti fəqihin fikirləri ilə ziddir. Bu, qadın məsələsində də, İranın gələcəyi ilə bağlı strateji xətt, xarici oriyentasiya kimi məsələlərdə də belədir. Prezident Pezeşkian bunu gözə soxmaq istəmir və elə bir imic yaratmaq istəyir ki, birlikdə güclü işləyirlər. Bu da dediyim kimi əvvəlkilərin acı təcrübələrinin nəticələrinə görə onun qərar verdiyi taktikadır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Avqust 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see628

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see328

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see320

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see244

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see236

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see234

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see217

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see217

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see214

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see207

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see197

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see191

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see189

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see188

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see186

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see185

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see179

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see171

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see163

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri