İranda təhlükəsizlik qüvvələrinin əməliyyatı nəticəsində bir ailənin səkkiz üzvü öldürüldü
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İranda təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi əməliyyat zamanı 11 nəfər öldürülüb. Onlardan səkkizi bir ailənin üzvü olub.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.
Silahlı hücum İsfahan, Cənubi Xorasan və Yəzd əyalətlərinin sərhədində törədilib.
Polis həm yerüstü qüvvələr, həm də helikopterlə havadan həyata keçirilən əməliyyat nəticəsində bu şəxslərin öldürüldüyünü açıqlayıb.
Hərbi qüvvələr etnik bəlucları pusquya salaraq onları həm qurudan, həm də havadan hədəfə alıb.
Rəsmi məlumatda bildirilib ki, öldürülən şəxslərin üzərindən dörd tondan artıq narkotik maddə aşkarlanıb. Onlara məxsus iki avtomobil və bir motosiklet isə məhv edilib.
Baxış sayı:127
Bu xəbər 29 İyul 2025 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















