İranda universitetdə Azərbaycan türkcəsi təliminə məhdudiyyət qoyulub
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Ərdəbil əyalətinin Mühəqqiq Ərdəbili Universiteti "Xətai" Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan Azərbaycan türkcəsi təlim seminarının keçirilməsinə məhdudiyyət qoyub.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
16 seansdan ibarət bu seminar öyrəncilərə Ana dilinin öyrədilməsi və inkişaf etdirilməsi məqsədilə hazırlanıb, ancaq universitet rəhbərliyi seminarın təşkilinə süni maneələr yaradıb. Universitetin etirazına səbəb Mədəniyyət Mərkəzinin hazırladığı "Anama oxşarlığımdır, Ana dilim" başlıqlı banner olub. Senzuraya etiraz edən tələbələr universitetin şəhərciyində heç bir dizaynı və yazısı olmayan ağ pankart quraşdırıblar.
Bu mövzuda digər xəbərlər:İranda Azərbaycan türkcəsi təliminə məhdudiyyət qoyuldu FOTO
03 Dekabr 2024 18:30
İranda internetə məhdudiyyət qoyuldu
13 İyun 2025 11:22
Azərbaycan uşaq ədəbiyyatı İranda
24 Oktyabr 2025 13:40
Azərbaycan təmsilçisi İranda “gümüş” qazandı
03 Fevral 2025 12:43
İranda Azərbaycan səfirinə hücum başlayıb
25 Fevral 2025 11:42
Baxış sayı:58
Bu xəbər 03 Dekabr 2024 18:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















