İranda uşaqlar hərbi xidmətə cəlb olunurlar: Çağırış yaşı endirildi
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
İranda hərbi xidmət qaydalarında dəyişiklik edilib: çağırış üçün minimum yaş həddi 12-yə endirilib.
Moderator.az "Al Arabiya"ya istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbər müavini açıqlayıb.
Bildirilib ki, 12-13 yaşlı yeniyetmələr könüllü əsasda silahlı qüvvələrə qoşulmağa çağırılıb.
Məlumata görə, 12 yaşdan yuxarı uşaqlar kəşfiyyat fəaliyyətlərində iştirak, operativ patrul xidmətində yer alma, "Bəsic" nəzarət-keçid məntəqələrində xidmət, hərbçilər üçün yemək hazırlanması, yaralı əsgərlərə qulluq və digər köməkçi işlərə cəlb olunacaqlar.
Qeyd olunur ki, məktəblilərin cəlb edilməsi proqramı "İranlılar üçün" adlanır.
Telekanal vurğulayır ki, bu qərar İranın uşaqların hərbi əməliyyatlarda istifadəsini qadağan edən beynəlxalq öhdəliklərinə ziddir.
(oxu.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 28 Mart 2026 23:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















