Icma.az
close
up
RU
İranda vəziyyət dəyişir: Xamenei Prezeşkian qarşısında geri addım atacaq, əks halda…” SENSASİON MƏQAMLAR KONKRET

İranda vəziyyət dəyişir: Xamenei Prezeşkian qarşısında geri addım atacaq, əks halda…” SENSASİON MƏQAMLAR KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Cənub qonşumuz İranda baş verən daxili siyasi gərginlik davam edir. İrandakı hakimiyyət daxilində baş verənlər yüksək vəzifəli bir neçə məmurun istefasıyla nəticələnib. Prezident Məsud Pezeşkianın da istafa ərizəsini Ali dini liderə təqdim etdiyi bildirilir. Verilən xəbərə görə Ali dini lider prezidentin istefasını qəbul etməyib. Ümumiyyətlə, İranda nə baş verir və hadisələrin kökündə hansı məqamlar dayanır?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran siyasi şərhçi Faiq Ələkbərli bildirib ki, İranda baş verən istefalar dini və icra hakimiyyətləri arasında uçurumun genişlənməsindən xəbər verir:

“Əvvələr dini hakimiyyətlə icra hakmiyyəti demək olar ki, yüzdəyüz bir-birilərini tamamlayırdı. Amma tamamlanmayan dövrlər də olub. Rəfsancani, Hatəmi, Əhməd Nejat və başqaları müəyyən dönəmlərdə dini hakimiyyətlə ortaq siyasət aparıb. Pezeşkiana qədərki dönəmdə dini hakimiyyətlə baxışlar üst-üstə düşürdü. Ancaq Pezeşkianın prezident seçilməsi dini hakimiyyətlə icra hakimiyyətindəki çatları bir az da genişləndirdi. İndi icra hakimiyyətini təmsil edən, onun başında dayanan Məsud Pezeşkian və dini hakimiyyətin başında dayanan Seyid Əli Xameneinin müəyyən məsələlərdə fikir ayrılıqları var. Bu, özünü İran parlamentindəki müzakirələrdə də büruzə verir. İran Parlamentində qeyri-fars millətinə mənsub olan xalqların, xüsusən də azərbaycanlıların dil və ədəbiyyat məsələsinin tədrisində deputatların təxminən üçdəikisi bunu qəbul etmək istəmir. Digər xalqların dil və ədəbiyyatının orta məktəblərdə tədrisinin əleyhinədirlər. Parlamentin üçdəbir hissəsi isə bu fikri dəstəkləyir. Gördüyünüz kimi, hətta parlamentdə də, müəyyən narazılıqlar var. İcra hakimiyyətində problemlər mövcuddur. İstefalar baş verir. Pezeşkian dini hakimiyyətin qarşısında məsələ qaldırır ki, əgər prezident dönəmində verdiyi vədləri yerinə yetirməsə, o zaman hakimiyyətdə qalmağının heç bir anlamı yoxdur. Bu isə onu göstərir ki, dini hakimiyyət çox ciddi şəkildə icra hakimiyyətinə problemlər yaradır. İranda hakimiyyət daxilində baş verənlərin kökündə də bu faktor dayanır. Dini hakimiyyət öz gücünü qorumaqda israrlıdır. Artıq dünyada gedən proseslər göstərir ki, İran dini hakimiyyətlə yoluna davam edə bilməyəcək. Deməli, prezidentin və parlamentin səlahiyyətləri artırılmalıdır. Problemlər bununla bağlıdır. İran daxilində bunun ciddi şəkildə mübarizəsi gedir. Böyük ehtimalla yaxın zamanlarda dini hakimiyyət geri addım atmağa məcbur olacaq. Əks təqdirdə Pezeşkian da getsə, ölkədə çaxnaşmalar baş verəcək”.

Vəli Həsənoğlu,

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://konkret.az
archiveBu xəbər 05 Mart 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see264

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see255

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see246

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see196

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see185

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see180

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see156

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see145

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see142

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri